SÜNİ İNTELLEKTİN TƏTBİQİNİN İNSAN HÜQUQLARINA TƏSİRİ

Arifli Aygün Arif qızı,

“Hüquq və İnsan Haqları İnstitutu” PHŞ, Hüquqi tədqiqat şöbəsinin hüquq tədqiqatçısı
E-mail: [email protected]

 

Bu gün bütün dünyada aktual olan və cəmiyyətimizdə maraq doğuran süni intellektin sürətli inkişafı həyatın hər sferasında özünü aydın şəkildə büruzə verməkdədir. Süni intellektin əhatəli və hərtərəfli təbiəti, həmçinin yüksək texnoloji imkanları həyatın demək olar ki, bütün sahələrində onun tətbiqini labüd etmişdir. Elm və texnologiyanın, xüsusilə rəqəmsal texnologiyanın sürətli inkişafı (kompüterlərin yaranması) alimlərdə belə bir fikrin formalaşmasına səbəb oldu ki, əgər kompüterlər hesablama, habelə məntiqi əməliyyatlar aparırsa, bəs, həm də düşünmək, analiz etmək və qərar qəbul etmək qabiliyyətinə malik ola bilərmi? Bu kimi fikirlər məhz süni intellektin meydana gəlməsi üçün zəmin yaratmış oldu. “Süni intellekt” bir termin kimi ilk dəfə 1956-cı ildə kompüter elminin inkişafına mühüm töhfə vermiş, süni intellekt nəzəriyyəsinin formalaşmasında əvəzsiz rolu olan ABŞ alimi Con Makkarti tərəfindən səsləndirilmişdir. Daha sonra bir sıra alimlər, tədqiqatçılar “süni
intellekt”ə qısa bir tərif verməyi məqsədəuyğun hesab etsələr də, hələ də razılaşdırılmış vahid bir tərifin olmadığını qeyd edə bilərik. Belə ki, Britannica Ensiklopediyası süni intellekti “rəqəmsal kompüterin və ya kompüter tərəfindən idarə olunan robotun tapşırıqları yerinə yetirmək qabiliyyəti” kimi müəyyən edir [1]. Stenford Universitetinin son hesabatında süni intellektə “insanların hiss etmək, öyrənmək, düşünmək və hərəkətə keçmək üçün öz sinir sistemlərindən və bədənlərindən istifadə üsullarından ilhamlanan, lakin adətən onlardan tamamilə fərqli şəkildə fəaliyyət göstərən elm və hesablama texnologiyaları toplusu” kimi tərif verilmişdir [7]. Bundan başqa, Stuart Russell və Peter Norvinq süni intellektin aşağıdakı kateqoriyalara bölünə biləcəyini təklif edir:
1) insanlar kimi düşünən sistemlər;
2) insanlar kimi fəaliyyət göstərən sistemlər;
3) rasional düşünən sistemlər;
4) fəaliyyət göstərən sistemlər [2, s. 55-56].

DOI 10.30546/2218-9130. 01.351.2024.56

Məqaləni tam oxumaq üçün faylı endirin. 

Leave A Reply

Registration

Forgotten Password?