Məmmədli İlqar Elbrus oğlu,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının magistrantı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialı/ mütəxəssis.
Ünvan: Bakı şəhəri, Ziya Bünyadov prospekti, 1965-ci məhəllə, Çinar Park Biznes Mərkəzi, bina 6, mərtəbə 4/ AZ1075
E-mail: [email protected]
- Mövzunun aktuallığı.
Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdiyi ilk dövrlərdən vətəndaş cəmiyyətinin və ictimai münasibətlərin bərqərar edilməsini, hüquqi və demokratik dövlət quruculuğunu öz inkişafının başlıca istiqamətləri kimi müəyyən etmişdir. 1993-cü ildə xalqımızın dahi oğlu Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə reallaşmağa başlayan bu vəzifələr 1995-ci il noyabrın 12-də müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbulundan sonra böyük vüsətlə həyata keçirilmişdir. Məqalədə təqdim edilən mövzunun aktuallığı, ilk növbədə, Azərbaycan Respublikasının parlamentinin – Milli Məclisin vasitəsilə ictimai münasibətlərin hüquqi tənziminin, tədqiqinin, praktiki əhəmiyyətinin əsaslandırılması ilə əlaqəlidir. Milli Məclisin fəaliyyəti respublikamızda parlamentarizmin yaranması və formalaşdırılması, demokratiyanın gələcək taleyi və inkişaf forması ilə bilavasitə əlaqədardır. Vətəndaşların parlamentdə onların maraqlarını təmsil edən Milli Məclis üzvlərinə münasibəti bir çox hallarda parlamentin dövlət hakimiyyəti orqanları sistemində yerini və parlamentarizmin inkişaf perspektivlərini müəyyən edir.
- Milli Məclisin statusunu müəyyən edən konstitusiya normaları.
Azərbaycan Respublikasında hakimiyyət bölgüsünə uyğun olaraq, dövlət hakimiyyəti özünün üç əsas qanunverici, icra və məhkəmə funksiyası üzrə bölünməklə təşkil edilir. Hər bir funksiya ayrı bir orqanda lokalizasiya edilir və bu orqan digər funksiyaları daşıyan orqanlara münasibətdə onun müstəqilliyini təmin edən müəyyən səlahiyyətlərə malik olur. Azərbaycan Respublikasının Konstitusiyasının 7-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir. Belə ki, icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur, məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının məhkəmələri həyata keçirir və qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir. Konstitusiyanın müddəalarına əsasən qanunvericilik hakimiyyətini həyata keçirən Milli Məclis, icra və məhkəmə hakimiyyətləri qarşılıqlı fәaliyyәt göstərir və öz səlahiyyətləri çərçivəsində müstəqildirlər.
Daha ətraflı buradan oxuyun: