YERLİ ÖZÜNÜİDARƏETMƏ ORQANLARINA SEÇKİLƏRİN MALİYYƏ TƏMİNATI

İsmayılov Ayxan Rəhim oğlu,

Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tələbəsi

E-mail: [email protected]

Dövlət işlərinin aparılmasında iştirak bütün dünyada insanlar tərəfindən getdikcə daha çox qiymətləndirilən əsas insan hüququdur. Bütün dövrlərdə bəşəriyyət müxtəlif dərəcədə müvəffəqiyyətlə öz ərazisində fərdlərin icma səviyyəsində qərar qəbul etmə prosesində iştirak etmək yollarını tapmağa çalışmışdır. Qlobal miqyasda hökumətdə iştirak hüququ Ümumdünya insan hüquqları Bəyannaməsi və Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktla elan və təmin edilir və bu hüquq bir çox başqa müqavilə və bəyannamələrdə də tanınır.

Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq, yerli özünüidarə, qanunla müəyyən edilmiş hədlər daxilində əhalinin müstəqil və öz məsuliyyəti ilə bilavasitə və (və ya) yerli idarəetmə vasitəsilə qərar qəbul etməsini təmin edən xalqın öz hakimiyyətini həyata keçirməsinin bir formasıdır. Xalqın iradəsinin ifadəsi (referendum, seçki və s.) həm dövlət hakimiyyətinin həyata keçirilməsində (ümummilli əhəmiyyətli məsələlərin həllində), həm də yerli özünüidarənin (yerli əhəmiyyətli məsələlərin həllində) istifadə olunur.

Beləliklə, dövlət hakimiyyəti və yerli özünüidarə dövlətdə vahid ictimai hakimiyyətin formalarıdır. Eyni zamanda, bələdiyyə seçkiləri yerli özünüidarənin xarakteri, yerli özünüidarəetmə orqanlarının konstitusiya-hüquqi statusu ilə müəyyən edilən bir sıra xüsusiyyətlərə malikdir ki, bu da bələdiyyə seçki hüququnu nisbətən müstəqil seçki institutu kimi fərqləndirməyə imkan verir.

Hakimiyyətin legitimliyi ya birbaşa dövlət hakimiyyətini seçən insanlardan gəlir, ya da seçkilərdə seçilən orqanlar dövlət hakimiyyətinin və yerli özünüidarənin həyata keçirilməsi üçün zəruri olan digər ictimai hakimiyyət strukturlarını formalaşdırdıqda onlara qayıdır. Buna uyğun olaraq, 2 iyul 1999-cu ildə qəbul edilmiş “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununda yerli özünüidarəetmə orqanlarının birbaşa xalq tərəfindən seçildiyi müəyyən edilmişdir [3]. Qanunun 1-ci maddəsində deyilir: “Azərbaycan Respublikasında yerli özünüidarə vətəndaşların fəaliyyətinin təşkilinin elə bir sistemidir ki, bu sistem onlara qanun çərçivəsində yerli əhəmiyyətli məsələləri müstəqil və sərbəst şəkildə həll etmək hüququnu həyata keçirmək və yerli əhalinin mənafeyi naminə Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsinin II hissəsinə uyğun olaraq dövlət işlərinin bir hissəsini yerinə yetirmək imkanı verir”.

 

Daha ətraflı buradan oxuyun:

 

Leave A Reply

Registration

Forgotten Password?