Vəliyev İbrahim Əli oğlu,
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki hüquq kafedrasının dosenti
Ünvan: Bakı şəhəri, Akademik Zahid Xəlilov küçəsi, 33
Abasov Qürur Bəybala oğlu,
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki hüquq kafedrasının magistrantı
E-mail: [email protected]
İlk öncə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2- ci maddəsinin tələbinə görə, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir [1, s. 270]. Maddənin ilk iki cümləsinin tələbindən başa düşülür ki, hər hansı əqdi pərdələmək niyyəti ilə əsl iradəni əks etdirməyən əqdi bağlamaq həmin
əqdin əhəmiyyətsizliyinə səbəb olur, yəni onu etibarsız edir. Qeyd olunan maddənin üçüncü cümləsi isə yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydaların tətbiq edilməsini nəzərdə tutur. Qeyd olunan bu tələb hesab edirəm ki, real təcrübədə birmənalı başa düşülmür və fərqli yanaşmaların yaranmasına səbəb olur. Belə ki, hal-hazırda formalaşan hüquqi təcrübədə, daha çox məhkəmə təcrübəsində yuxarıda qeyd olunan maddənin tələblərinə istinad edilməklə bu tip əqdlərin etibarsız olması qənaətinə gəlinir və bu yanaşma üzərindən müvafiq qərarlar qəbul edilir. Əsasən məhkəmələr Azərbaycan Respublikasının Mülki Məcəllənin 405.1-ci maddəsinə istinad etməklə, yəni tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır əsası ilə əqdi etibarsız hesab etmələrini pərdələnən müqavilədə tərəflərin həqiqi iradəsi ifadə olun duğundan, bu əqd mülki qanunvericiliklə nəzərdə tutulmuş forma şərti də daxil olmaqla etibarlılıq tələblərinə cavab verdikdə, etibarlı əqd kimi arzu olunan hüquqi nəticələrə səbəb ola bilər yanaşması ilə əsaslandırırlar [2, s. 11].
DOI: 10.30546/2218-9130. 02.352.2024.13