TÜRKİYƏ RESPUBLİKASININ CƏZA QANUNUNDA RÜŞVƏTXORLUQ CİNAYƏTİ

Allahverdizadə Zaur Elbrus oğlu,
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Polis Akademiyasının qiyabi doktorantı
E-mail: [email protected]

Dövlətlərin hüquq sahəsində əməkdaşlığı, qanun yaradıcılığı və tətbiqi sahəsində bir-birinin təcrübəsini nəzərə alması zəruridir və bu, qarşılıqlı surətdə zənginləşməyə xidmət edir. Başqa sözlə, hər hansı bir hüquq institutu müqayisəli kontekstdə öyrənildikdə, onun ayrı-ayrı hüquq sistemlərindəki təzahür və xüsusiyyətləri haqqında daha aydın təsəvvür əldə etmək mümkün olur. N.V.Varlamova qeyd edir ki, müqayisəli hüquqşünaslıq metodu ayrılıqda götürülmüş hüquq institutunun təkcə konkret hüquq sistemi daxilində deyil, eyni zamanda, konkret siyasi, iqtisadi, mədəni və s. şəraitdə necə fəaliyyət göstərməsi barədə biliklər əldə etməyə imkan yaradır. Bu biliklər sonradan milli hüquq sistemi daxilində mövcud institutların təkmilləşdirilməsi, onların başqa – alternativ institutlarla əvəzlənməsi, yaxud ümumiyyətlə yenilərinin yaradılması və tətbiq edilməsi üçün model qismində istifadə edilə bilər [10, s. 193- 194]. N.H.Cəfərli yazır: «Müqayisəli hüququn hüquq elmi üçün, xüsusilə milli hüquq üçün çox böyük əhəmiyyəti vardır. Onun vasitəsilə ayrı-ayrı ölkələrdə bu və ya digər hüquqi problemlərin necə həll olunduğu öyrənilir, hüquqi tədqiqatların miqyası genişlənir, müxtəlif ölkələrdəki hüquqi təcrübənin müsbət və mənfi cəhətləri qiymətləndirilir. Müasir dövrdə müqayisəli hüququn verdiyi məlumatlara istinad etmədən çıxarılan ümumnəzəri nəticələr ümumiləşdirilmiş, universal xarakter daşıya bilməz.

DOI: 10.30546/2218-9130. 02.352.2024.27

Məqaləni tam oxumaq üçün faylı endirin. 

Leave A Reply

Registration

Forgotten Password?