Qəfərli Mirtərlan Midhəd oğlu,
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin “Transmilli cinayət hüququ” ixtisası üzrə
2-ci kurs magistrantı
E-mail: [email protected]
İbrahimov Elvin Mahir oğlu,
Dövlət Gömrük Komitəsinin Akademiyasının “Hüquqşünaslıq” ixtisası üzrə bakalavr tələbəsi
E-mail: [email protected]
Hüquq ictimai münasibətlərin tənzimləyicisi olub, dövlət tərəfindən müəyyən edilən, mühafizə edilən və təmin edilən ümum məcburi, formal davranış qaydalarının məcmusudur. Qədim dövrlərdən cəmiyyət həyatının müxtəlif sahələrinə nüfuz edən hüququn müasir dövrdə texnologiyanın inkişafı və dövlətlər arasında əlaqələrin genişlənməsi nəticəsində yeni yaranmış münasibətlərin tənzimlənməsi üçün yeni-yeni sahələri yaranmışdır. R.K.Məmmədov beynəlxalq cinayət hüququnun ikinci dünya müharibəsindən sonra qəbul edilmiş beynəlxalq sənədlər əsasında yaranmasını qeyd edir və əsaslandırır ki, beynəlxalq cinayət hüququ 20-ci əsrdə cinayətkarlığın qloballaşması prosesində adekvat surətdə inkişaf etmişdir. Ən təhlükəli cinayətlər (iqtisadi, zorlama, qanunsuz gəlirlərin yuyulması, bank dələduzluğu, tamah məqsədli vəzifə cinayətləri, ilk növbədə mütəşəkkil cinayətkarlıq, terrorizm, narkotik vasitələrin və silahların qanunsuz dövriyyəsi, kontrabanda,
saxta pul hazırlama, kompüter cinayətləri və s.) milli cinayətlər olmaqla qalmayıb, beynəlxalq cinayətlərə çevrilmişdir. Müəllifin qeyd etdiyi kimi, bu meyil 21-ci əsrdə də qalacaqdır və hazırda da bu fikir özünü doğruldur [2, s. 15].
DOI: 10.30546/2218-9130. 02.352.2024.55