Musayev Hafiz Məhərrəm oğlu,
hüquq üzrə fəlsəfə doktoru, general-mayor
E-mail: [email protected]
Təhlükəsizliyin çoxşaxəli bir konsepsiya olmasına baxmayaraq, elmi dairələrdə təhlükəsizliyin fərdi və kollektiv səviyyələrdə təməl dəyərlərə təhlükə olması ilə bağlı ümumi razılaşma mövcuddur. Təhlükəsizliklə bağlı araşdırmalarda fərdi, milli və beynəlxalq təhlükəsizlik arasında da müəyyən fərqlər vardır və ən çox diqqət yetirilməli olan analiz səviyyəsi ilə bağlı mübahisələr geniş yayılmışdır. Müasir dövrdə təhlükəsizlik hərbi, ətraf mühit, sosial, iqtisadi və siyasi sektorları əhatə etməklə
genişləndirilmişdir. Təhlükəsizliyin mahiyyətinin açıqlaması çoxistiqamətlidir. Lakin bu anlayış təkcə sülh və sabitliyi nəzərdə tutmur. Qeyd etmək lazımdır ki, ciddi şəkildə beynəlxalq səviyyədə inteqrasiya olunmuş əlaqələr sistemində hər hansı bir dövlətin müstəqil hərəkətləri digər dövlətdə qeyri-sabitliyin artmasına təsir edə bilər və ya bu hal əksinə baş verəbilər. Bəzən dövlətlər arasında birbaşa müzakirə mühitinin və etimadın olmaması səbəbindən bu, dövlətləri öz təhlükəsizliyini təmin etməyə təşviq edir.
Düzgün qurulmuş və reallaşdırılan dövlət siyasəti nəticəsində gücün əldə edilməsi və səmərəli idarə olunması dövlətə qısa müddətdə təhlükəsizliyin təmin olunması ilə bağlı şəraitə hakim olmaq imkanı verir. Bu yanaşmaya görə, imkanları digər dövlətlərdən üstün olan bir dövlət, əhəmiyyətli təhdidlərlə qarşılaşmadan gücünü beynəlxalq səviyyədə səmərəli şəkildə istifadə edə və proqnozlaşdıra bilər. Azərbaycanın yerləşdiyi regionda bütün təhlükə və çatışmazlıqlara qarşı mübarizənin əsasında regional əməkdaşlığın yeni istiqaməti kimi Azərbaycan-Gürcüstan-Türkiyə əlaqələri xüsusi mahiyyəti, o cümlədən əhəmiyyətinə görə fərqlənir [6, s.4]. Bu əməkdaşlıq enerji təhlükəsizliyindən terrorla mübarizəyə qədər çoxsaylı aktual məsələləri əhatə edir.
DOI 10.30546/2218-9130. 01.351.2024.22
Məqaləni tam oxumaq üçün faylı endirin.