ŞƏXSİYYƏTİN ANLAYIŞI: CİNAYƏT- HÜQUQİ MÜHAFİZƏNİN OBYEKTİ KONTEKSTİNDƏ

Hacıbəyli Tural Bəhruz oğlu,
hüquq üzrə fəlsəfə doktoru, “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Hüquq departamentinin
Qeydiyyat və məhkəmələrlə iş şöbəsinin müdiri
E-mail: [email protected]

 

«Şəxsiyyət» sözü ilk başlanğıcda aktyorun geyindiyi maskanın, bir müddət sonra aktyorun özünün və oynadığı rolunun ifadəsi üçün işlədilmişdir. Sivilizasiyanın daha sonrakı dövrlərində isə bu sözdən insanın həyatda oynadığı real rolunun, tutduğu mövqeyinin ifadəsi üçün istifadə olunmuşdur. Bu baxımdan «şəxsiyyət» istilahının əsl mahiyyətinin dərki üçün, ilk növbədə, fəlsəfi, sosial-psixoloji müddəalara müraciət olunmalıdır. Fikrimizcə, bu anlayışa yalnız birgəyaşayış kimi deyil, həm də elmi kateqoriya kimi baxılmalıdır. “Şəxsiyyət» ifadəsi sözün geniş mənasında ictimai münasibətlərin və şüurlu fəaliyyətin daşıyıcısı olan subyekti, müəyyən şəxsi və ya fərdi insanı bildirmək üçün işlədilir; dar mənada isə «şəxsiyyət» ifadəsi bu və ya digər cəmiyyətə və ya birliyə məxsus olan üzvü, nisbi sabit sosial əhəmiyyətli cəhətləri ilə fərqlənən fərdi bildirir [9, s. 314].

Cinayət hüququnda cinayət törətmiş şəxsin şəxsiyyət kimi mahiyyəti, cinayət məsuliyyətinə cəlb etmə və ya məsuliyyətdən azad etmə, cəzatəyini və ya cəzadan azad etmə zamanı onların şəxsiyyətinin əhəmiyyəti və bu səpgili digər məsələlər araşdırılır. Azərbaycan Respublikası-
nın qüvvədə olan CM-nin VIII bölməsi “Şəxsiyyət əleyhinə olan cinayətlər” adlanır. Başqa sözlə, cinayət qanununun Xüsusi hissəsində nəzərdə
tutulan cinayətlərin törədilməsi ilə qəsdə məruz qalan ictimai münasibətlərin bir qrupunu məhz şəxsiyyətin mühafizəsi ilə bağlı olan münasibətlərdir. Bu baxımdan, «şəxsiyyət» anlayışının və onunla bağlı olan oxşar ifadələrin (məsələn, insan, fərd) cinayət-hüquqi kontekstdə
nəzərdən keçirilməsi vacibdir.

DOI 10.30546/2218-9130. 01.351.2024.81

Məqaləni tam oxumaq üçün faylı endirin. 

Leave A Reply

Registration

Forgotten Password?