QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR ÜÇÜN İNVESTİSİYA MƏNBƏLƏRİ: FARS KÖRFƏZİ ÖLKƏLƏRİNİN TİMSALINDA

Burhanzadə Cavanşir Atəş oğlu,
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun “Post-konflikt
Ərazilərin Bərpası Elmi Mərkəzi”nin kiçik elmi işçisi, İqtisadiyyat İnstitutunun doktorantı
Ünvan: Bakı şəhəri, H.Cavid pr., 115
E-mail: [email protected]

 

Müasir dünyamızda investisiya cəlb olunması olduqca ciddi problem olaraq qalmaqdadır. Belə ki, xarici investorların əksəriyyəti yalnız çox böyük fayda əldə edəcəkləri təqdirdə sərmayə qoymağa həvəsli olurlar. Region siyasi cəhətdən qeyri-sabit olduqda isə, bu iş demək olar ki, mümkün olmur. Bu baxımdan Azərbaycanın post-konflikt ərazilərinə investisiya cəlb olunması özlüyündə çox mürəkkəb bir məsələdir. Xarici investorları investisiya yönəltməyə vadar etmək üçün sadəcə stimullaşdırıcı tədbirlər görmək fayda vermir. Bəlkə də, bundan da çox, onları narahat edən məqamları aradan qaldırmaq lazımdır. Xarici investorları Azərbaycanın post-konflikt ərazilərinə sərmayə qoymaqdan çəkindirən 3 əsas səbəb mövcuddur. Bu səbəblərə nəzər salaq:

1. Regionun qeyri-sabitliyi Biz öz doğma ata-baba yurdlarımızı işğaldan azad etdik. Lakin düşmən heç bir vəchlə geri çəkilmək istəmir. 44 günlük vətən müharibəsindən sonra istər Qarabağda, istərsə də sərhədyanı bölgələrdə dəfələrlə insidentlər yaşanıb. Bir sıra qlobal və regional güclərin maraqlarına xidmət edən düşmən bu cür kiçik çaplı münaqişələr yaratmaqla Qarabağ probleminin hələ də bitmədiyini və guya oradakı haqlarından vaz keçməyəcəyini göstərməyə çalışır. Məhz bu səbəbdən düşmən sülh müqaviləsinə yanaşmayaraq, dünyaya regionun mübahisə predmeti kimi qaldığını deməyə çalışır. Təəssüf ki, sülh müqaviləsi bağlanmayacağı təqdirdə bir sıra qərəzli ölkələr (xüsusilə qərb dövlətləri) öz iri korporasiyalarının post-konflikt ərazilərimizə investisiya qoymalarına maraqlı olmayacaqlar. Belə demək olar ki, bu məsələ hələ bir müddət öz aktuallığını qoruyacaqdır.

DOI: 10.30546/2218-9130. 02.352.2024.19

Məqaləni tam oxumaq üçün faylı endirin. 

Leave A Reply

Registration

Forgotten Password?