PROKURORLUĞUN HÜQUQ MÜHAFİZƏ FƏALİYYƏTİNİN KONSTİTUSİON- HÜQUQİ ƏSASLARI

Əliyev Zaur Vaqif oğlu,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının magistrantı
E-mail: [email protected]

Hüquqi dövlətin təməl prinsiplərindən biri qanunun aliliyi prinsipidir. Qanunun aliliyi, ilk növbədə, konstitusiya normalarına ciddi əməl olunmasında təzahür edir, ona görə də Konstitusiyanın və qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktların tələblərinin hüquq pozuntularından qorunması hüquq mühafizə orqanlarının ən mühüm funksiyalarından biridir. Əgər bir ölkədə qəbul edilən qanunlar icra edilməsə, həmin ölkədə hüquqi vəziyyəti sağlamlaşdırmaq, qanunlara əməl olunmasında nizam-intizam yaratmaq mümkün olmaz. Qanunun aliliyinin təmin edilməsi üçün prokurorluq orqanlarının üzərinə böyük məsuliyyət düşür. Prokurorluq orqanları qanunçuluq rejiminə nəzarət edərək hüquqi dövlətin mənafeyini qoruyur. Buna görə də prokurorluq orqanlarının hüquqi dövlət quruculuğunda, vətəndaş cəmiyyətinin formalaşdırılmasında rolu böyükdür [4, s. 10]. Prokurorluq dövlət hakimiyyəti sistemində nisbətən müstəqil mövqe tutduğundan hüquq mühafizə orqanları sistemində xüsusi yer tutur. Prokurorluq dövlətdə qanunun aliliyini təmin edən müstəqil hüquq mühafizə orqanıdır. Prokurorluğun statusunun, onun funksiya və vəzifələrinin müəyyən edilməsi problemi hüquqşünas alimlər arasında müzakirə obyektidir. Bunun səbəbi prokurorluğun hüquqi statusunun kifayət qədər dəqiq müəyyən edilməməsi ilə əlaqədardır.

DOI: 10.30546/2218-9130. 02.352.2024.37

Məqaləni tam oxumaq üçün faylı endirin. 

Leave A Reply

Registration

Forgotten Password?