ÖLKƏLƏRARASI ÖVLADLIĞA GÖTÜRMƏ İNSTİTUTUNUN AKTUALLIĞI VƏ MAHİYYƏTİ

Mehdiyeva Səkinə Sahibcan qızı,

Bakı Dövlət Universitetinin Mülki hüquq kafedrasının doktorantı

E-mail: [email protected]

Övladlığa götürmə valideyn himayəsindən məhrum olmuş uşaqların yerləşdirilməsi forması kimi bütün dünya ölkələrində ən prioritet əhəmiyyətli institutlardan biri hesab olunur. Bu kontekstdə dövlətdaxili övladlığa götürmə ilə yanaşı ölkələrarası övladlığa götürmə institutu da xüsusi önəm kəsb edir.

Ölkələrarası övladlığa götürmə institutu, mahiyyət etibarilə, müasir cəmiyyətin inkişaf səviyyəsi barədə aydın təsəvvür formalaşdıran bariz sosial göstəricilərdən biri kimi xarakterizə oluna bilər.

Dünyada istənilən dövlətin əsasını, şübhəsiz ki, ailə təşkil edir. Ona görə də ailə institutunun möhkəmləndirilməsi və dəstəklənməsi hər bir dövlətin qarşısında duran ən ümdə vəzifələrdən biridir. Məlumdur ki, dövlət cəmiyyətin başlıca ünsürü kimi ailə üçün işlənib hazırladığı sosial siyasəti və digər dəstək proqramlarını həyata keçirməklə dövlətin, cəmiyyətin tərəqqisini təmin edir və əhalinin hərtərəfli inkişafı üçün zəmin yaradır. Ailənin əsasını isə uşaqlar təşkil edir. Lakin təəssüflər olsun ki, valideynləri və yaxın qohumları onlardan imtina etdikdə onlar yaşamaq üçün yalnız mübarizə aparmaq təhdidi ilə üz-üzə qalırlar. Bu kontekstdə dövlətin həmin uşaqlara sahiblənməsinin və dəstəyinin təzahürü kimi övladlığa götürmə institutu ön plana çıxır. Bəzi hallarda uşağın ölkə daxilində övladlığa götürülməsi müəyyən səbəblərdən ləngiyir və ya mümkün olmur. Bu halda isə ölkələrarası övladlığa götürmə institutu alternativ variant kimi aktual əhəmiyyət kəsb edir. Ölkələrarası övladlığa götürmə də valideyn himayəsindən məhrum olmuş uşaqların ailədə yerləşdirilməsi və tərbiyə edilməsi formasıdır. Bu zaman övladlığa götürülən şəxslərlə əcnəbi övladlığa götürənlər arasında valideynlərlə uşaqlar arasında mövcud olan şəxsi və əmlak münasibətləri müəyyən edilir. Müasir dövrdə ölkələrarası övladlığa götürmə valideyn himayəsindən məhrum olmuş uşaqların hüquq və qanuni maraqlarının müdafiəsinin dünya üzrə ən geniş yayılmış formalarından biri kimi xarakterizə olunur. Hazırkı şəraitdə ölkələrarası övladlığa götürmə və əcnəbilər tərəfindən övladlığa götürülən uşaqların hüquqlarının qorunması problemi xüsusilə aktualdır, çünki məcburi miqrasiya övladlığa götürmənin intensiv olaraq beynəlmiləlləşməsinə gətirib çıxarır [13]. Başqa sözlə, məcburi miqrasiya prosesi ölkələrarası övladlığa götürmənin inkişaf tempinin artmasına və əhatə dairəsinin daha da genişlənməsinə səbəb olur.

 

Daha ətraflı buradan oxuyun:

 

Leave A Reply

Registration

Forgotten Password?