NİKAHIN XİTAM OLUNMASI NƏTİCƏSİNDƏ YARANAN ALİMENT ÖHDƏLİKLƏRİ VƏ ONUN PROSESSUAL MÜDDƏALARI

Həsənova Səma Qalib qızı,

Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki hüquq kafedrasının “Mülki və təsərrüfat hüququ” ixtisaslaşması üzrə II kurs magistrantı

E-mail: [email protected]

 

Ailə hüquq institutunda aliment öhdəlikləri anlayışı mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsində və ailə qanunvericiliyini əhatə edən digər normativ hüquqi aktlarda, həmçinin respublikamızın ratifikasiya və milli qanunvericiliyə inteqrasiya etdiyi beynəlxalq aktlarda aliment öhdəlikləri anlayışına böyük yer ayrılmışdır.

Hüquq ədəbiyyatlarında aliment öhdəliklərinə müxtəlif anlayışlar verilmişdir. Lakin buna baxmayaraq, aliment öhdəliklərinin hələ də vahid tərifi mövcud deyildir.

Azərbaycan Respublikasının ailə hüququ üzrə görkəmli hüquqşünas alim M.D.Dəmirçiyevanın fikrincə, aliment öhdəliklərinin əsasını ailə münasibətləri, onun məqsədini isə ehtiyacı olan əmək qabiliyyətini itirmiş ailə üzvlərinin saxlanılması faktı təşkil edir [7, s. 356-357]. Bəzi müəlliflərə görə isə, aliment öhdəlikləri dedikdə, ailə qanunvericiliyi və tərəflərin razılaşmasına əsasən ailə üzvlərinin birinin ailənin digər üzvlərinin xeyrinə ödəməli olduqları vəsaitlərlə bağlı mülki hüquq münasibətləri başa düşülür [5, s. 226].

Rusiyanın ailə hüququ ədəbiyyatlarında aliment öhdəliklərinə bu cür anlayış verilir: “Aliment öhdəlikləri xüsusi növ öhdəliklərdir; ailə hüququnun imperativ normaları əsasında yaranır, mürəkkəb subyektiv tərkibi ilə və aşkarlıq elementi ilə xarakterizə olunur” [10, s. 112].

Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra qısaca olaraq AR AM adlandırılacaqdır) beşinci bölməsi “Ailə üzvlərinin aliment öhdəlikləri”, həmin bölmənin XIII fəsli “Valideynlərin və uşaqların aliment öhdəlikləri”, XIV fəsli “Ər-arvadın və keçmiş ər-arvadın aliment öhdəlikləri”, XV fəsli isə “Ailənin başqa üzvlərinin aliment öhdəlikləri” adlanır. Göründüyü kimi, milli ailə qanunvericiliyinin əsasını təşkil edən Ailə Məcəlləsində aliment öhdəliklərinə xüsusi bölmə və fəsillər ayrılmışdır.

 

Daha ətraflı buradan oxuyun:

Leave A Reply

Registration

Forgotten Password?