Mikayıllı Yasin Rasim oğlu,
hüquqşünas
E-mail: [email protected]
Mülkiyyət əleyhinə olan cinayətlərlə mübarizə hər bir cəmiyyətdə olduğu kimi, bizdə də hər zaman aktual olaraq qalmaqdadır. Müasir dövrdə bu növ cinayətlərin sürətlə yeni-yeni təzahür formaları və törədilmə üsulları yaranır. Ona görə də qanunvericilik, məhkəmə şərhləri və izahları ya bu sürətli dəyişmələrə çevik reaksiya verməli, ya da elə səviyyədə olmalıdır ki, cinayət təqibini həyata keçirən orqanlar cinayət törətmiş şəxsi məsuliyyətə cəlb edərkən çətinliklərlə üzləşməsinlər, cinayət törətmiş şəxslər məsuliyyətdən kənarda qalmasın, cinayətkar qəsdə məruz qalmış şəxslərin pozulmuş hüquqları bərpa edilsin. Təəssüflə qeyd olunmalıdır ki, qüvvədə olan cinayət və cinayət-prosessual qanunvericiliyində, o cümlədən digər qanunvericilik aktlarında olan bir çox boşluqlar və çatışmazlıqlar, hüquq tətbiqetmə təcrübəsindəki qeyri-müəyyənliklər, vahid istintaq və məhkəmə təcrübəsinin formalaşmasına imkan verməmiş, Konstitusiya Məhkəməsi və Ali Məhkəmə plenumlarının qərarları belə problemləri əsasən aradan qaldırmağa kömək etsə də, bəzi qərarlar əksinə yeni yeni ziddiyyətlərin yaranmasına səbəb olmuşdur.
DOI 10.30546/2218-9130. 01.351.2024.86
Məqaləni tam oxumaq üçün faylı endirin.