MÜHARİBƏ CİNAYƏTLƏRİNİN AZƏRBAYCAN RESPUBLİKASININ CİNAYƏT MƏCƏLLƏSİNƏ TRANSFORMASİYASI

Qurbanova Nilufər Mehman qızı,
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin II kurs magistrantı
E-mail: [email protected]

 

Müharibə cinayətləri sülh və insanlıq əleyhinə cinayətlərdən biri hesab olunur. Bu kateqoriyadan olan cinayətlər beynəlxalq sənədlərdə əks olunan normalardan əlavə, həm də hər bir dövlətin qanunvericiliyi ilə tənzimlənməlidir. Çünki müharibə cinayətləri geniş yayılmışdır və bu cinayətlərin baş verməsi dövlətlərin mənafeyinə zidd olduğu üçün hər bir dövlətin daxili qanunvericiliyi ilə tənzimlənməsi vacibdir. Belə ki, Azərbaycan Respublikasının qanunvericiliyində də bu növ cinayətlərə yer ayrılmışdır. Hətta 2000-ci il tarixində qüvvəyə minmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – AR Cinayət Məcəlləsi) müvafiq fəsli müharibə cinayətlərinə həsr olunmuşdur. Bu Məcəlləyə, əsasən, adını çəkdiyimiz cinayətlər sülh və insanlıq əleyhinə cinayətlərin bir növü kimi göstərilmişdir

AR Cinayət Məcəlləsinin müvafiq maddələrində beynəlxalq hüquq normaları ilə bağlı məsələlər əks olunmuşdur. Həmin qanunvericiliyin 1.2-ci maddəsinə nəzər salsaq, görərik ki, bu Məcəllənin Konstitusiyamızla bərabər beynəlxalq hüquq normalarına və prinsiplərinə uyğun olması, yəni onlara əsaslanması təsbit edilmişdir. Bununla bağlı Konstitusiyamızın 151-ci maddəsinə də nəzər sala bilərik. Həmin maddənin mətninə diqqət yetirsək, görərik ki, əgər AR Cinayət Məcəlləsi ilə AR-in tərəfdar çıxdığı beynəlxalq müqavilələr arasında ziddiyyət yaranarsa, beynəlxalq müqavilələr əsas götürüləcəkdir [2, s. 34]. Buradan da belə nəticəyə gəlirik ki, AR Cinayət Məcəlləsinin beynəlxalq normalara uyğun olması vacib məsələlərdən biri kimi çıxış edir.

AR Cinayət Məcəlləsinin “Müharibə cinayətləri” fəsli “Muzdluluq” maddəsi ilə başlayır. Maddəni təhlil etsək görərik ki, həm maddi mükafat qarşılığında muzdlu kimi çıxış edən şəxslər, həm də onlardan silahlı münaqişə zamanı istifadə edən şəxslər məsuliyyətə cəlb olunurlar. Bu maddənin qeydinə xüsusi diqqət yetirilməlidir. Çünki həmin qeydə görə muzdlulardan beynəlxalq və ya qeyri-beynəlxalq xarakterli silahlı münaqişələrdə istifadə olunmasından asılı olmayaraq, onlar müharibə cinayətlərinə aid ediləcəkdir. Yəni müharibə cinayətinə aid olması üçün silahlı münaqişənin hər hansı növü ilə şərtlənməsinə lüzum yoxdur. Ümumilikdə, AR Cinayət Məcəlləsinin 114-cü maddəsinin 1-ci qeydi bu fəsildəki bütün cinayətlərə aid edilir. Buradan da aydın olur ki, bu cinayətlər həm də beynəlxalq sferada törədilə bilər. Ona görə də bu fəsildəki cinayətlərin beynəlxalq hüquqdan daxili qanunvericiliyimizə transformasiya olduğu qənaətinə gələ bilərik.

Müharibə qanunlarını və adətlərini pozma həm cinayət qanunvericiliyimizdə nəzərdə tutulan normaların, həm də beynəlxalq humanitar normaların pozulmasına səbəb olacaqdır. Bu əməl cinayət qanunvericiliyimizin 115-ci maddəsində öz əksini tapmışdır. Bu maddəni nəzərdən keçirsək görərik ki,

hərbi əsirlərə, beynəlxalq humanitar hüquq vasitəsilə qorunan şəxslərə aşağıda göstərilən hərəkətlərin edilməsi qadağandır:

 

Məqaləni tam oxumaq üçün faylı buradan yükləyin.

Leave A Reply

Registration

Forgotten Password?