MÜƏLLİFLƏR ÜÇÜN
- Ana səhifə
- Müəlliflər üçün
“QANUN” JURNALINA ELMİ MƏQALƏTƏQDİM ETMƏK ÜÇÜN QOYULAN TƏLƏBLƏR
1. Məqalələr redaksiyaya üç dildə (Azərbaycan, rus və ingilis) təqdim edilə bilər. Bir dildə təqdim edilmiş məqalənin sonunda digər iki dildə xülasə verilməlidir. Məsələn, əgər məqalə Azərbaycan dilində yazılmışsa, bu zaman sonda rus və ingilis dillərində xülasə verilməlidir. Məqalələrin müxtəlif dillərdə olan xülasələri bir-birinin eyni olmalı və məqalənin məzmununa uyğun olmalıdır. Məqalədə müəllifin və ya müəlliflərin gəldiyi elmi nəticə, işin elmi yeniliyi, tətbiqi əhəmiyyəti və s. xülasədə yığcam şəkildə öz əksini tapmalıdır. Xülasələr elmi və qrammatik baxımdan ciddi redaktə olunmalıdır. Hər bir xülasədə məqalənin adı, müəllifin və ya müəlliflərin tam adı göstərilməlidir.
2. Məqalələrin mətnləri Times New Roman – 12 şrifti ilə (məsələn, Azərbaycan dilində latın əlifbası, rus dilində kiril əlifbası, ingilis dilində ingilis əlifbası ilə) 1 intervalda çap olunmalıdır.
3. Məqalədə müəllif(lər)in işlədiyi müəssisə(lər) və həmin müəssisə(lər)in ünvan(lar)ı, müəlliflərin telefonları, elektron poçt ünvan (lar)ı göstərilməlidir.
4. Elmi məqalənin sonunda elm sahəsinin və məqalənin xarakterinə uyğun olaraq, müəlliflərin gəldiyi elmi nəticə, işin elmi yeniliyi, tətbiqi əhəmiyyəti və s. aydın şəkildə verilməlidir.
5. Məqalənin mövzusu ilə bağlı elmi mənbələrə istinadlar olmalıdır. Məqalənin sonunda verilən ədəbiyyat siyahısı əlifba ardıcıllığı ilə nömrələnməli və kodlaşdırılmalıdır. İstifadə zamanı əvvəlcə Azərbaycan, sonra türk, daha sonra rus, sonda isə digər xarici dillərdə olan ədəbiyyatlar göstərilməli və kodlaşdırılmalıdır. Mətndə istinadlar ədəbiyyat siyahısında göstərilən ardıcıllıqla işarə olunmalıdır. Məsələn, [1] və ya [1, s. 125]. Eyni ədəbiyyata mətndə başqa bir yerdə təkrar istinad olunarsa, onda istinad olunan həmin ədəbiyyat əvvəlki nömrə ilə göstərilməlidir.
6. Ədəbiyyat siyahısında verilən hər bir istinad haqqında məlumat tam və dəqiq olmalıdır. İstinad olunan mənbənin biblioqrafik təsviri onun növündən (monoqrafiya, dərslik, elmi məqalə və s.) asılı olaraq verilməlidir. Elmi məqalələrə, simpozium, konfrans və digər nüfuzlu elmi tədbirlərin materiallarına və ya tezislərinə istinad edərkən məqalənin, məruzənin və ya tezisin adı göstərilməlidir. İstinad olunan mənbənin biblioqrafik təsviri verilərkən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Dissertasiyaların tərtibi qaydaları” barədə qüvvədə olan təlimatın “İstifadə edilmiş ədəbiyyat” bölməsinin 10.2-10.4.6. tələbləri əsas götürülməlidir.
7. Məqalənin sonundakı ədəbiyyat siyahısında son 5-10 ilin elmi məqalələrinə, monoqrafiyalarına və digər etibarlı mənbələrinə üstünlük verilməlidir.
8. Hər bir məqalədə UOT indekslər və ya PAJS tipli kodlar və açar sözlər göstərilməlidir. Açar sözlər üç dildə (məqalənin və xülasələrin yazıldığı dillərdə) verilməlidir.
9. Məqaləyə, onun dərc edilməsinin mümkünlüyü haqqında ekspert rəyi və elmi müəssisənin Elmi Şurasının protokolundan çıxarış (elmi müəssisələrdə işləməyən hüquqşünaslara ekspert rəyi kifayətdir) əlavə edilir.
10. Hər bir məqalə müəllifi məqalənin dərc olunması ilə əlaqədar redaksiyanın hazırladığı müəllif anketini doldurmalı və onu imzalayaraq, məqalənin tezis şəklində dərc olunmuş variantı istisna olmaqla, əvvəllər hər hansı bir dildə nəşr edilmədiyini təsdiq etməlidir.
11. Jurnalda “əvvəli ötən sayımızda”, “ardı növbəti nömrədə” adı altında seriya məqalələrin dərc olunmasına icazə verilmir.
12. Jurnalın nömrələrində müəllifin və ya müəlliflərin yalnız bir məqaləsi dərc edilə bilər.
13. Plagiat məqalələrin nəşri qadağandır. Belə bir fakt aşkar edildikdə redaksiya müəllif(lər)ə qarşı sanksiya tətbiq edir (bir neçə nömrədə çap edilməmək, il ərzində çap edilməmək və s.).