MƏİŞƏT ZORAKILIĞININ FORMALARI: MÜQAYİSƏLİ TƏHLİL

Bağiyeva Nuriyyə Natiq qızı,
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin “İnsan hüquqları və informasiya hüququ” UNESCO
kafedrasının “İnformasiya hüququ” ixtisası üzrə magistrantı
E-mail: [email protected]

 

Zorakılıq hər bir cəmiyyətdə, hər dövrdə, insan həyatının hər sahəsində mövcud olan və getdikcə artan ictimai sağlamlıq problemidir. Həmçinin zorakılıq kompleks bir problemdir və anlayışı da olduqca genişdir. Məsələn, zorakılıq fiziki və ya mənəvi ağrı və zərərə səbəb olan aqressiv davranışdır. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) zorakılığa «ölüm, psixoloji ziyan və ya məhrum etmə ilə nəticələnən (yaxud son dərəcə yüksək ehtimalın olması) özünə, başqa bir şəxsə, bir qrupa və ya cəmiyyətə qarşı təhdidin və ya faktiki olaraq fiziki qüvvənin və ya gücün qəsdən istifadəsi» kimi tərif verir [15, s. 4]. Zorakılıq fenomeni istər real, istər potensial şiddətə məruz qalan insanların həyat keyfiyyətinə böyük ziyan vuran, yönəldiyi şəxsdən və qrupdan asılı olaraq müxtəlif mənfi təsirlər yaradan və bu gün demək olar ki, hər bir cəmiyyətdə onunla mübarizə aparılan ən böyük sosial problemlərdən biridir. Sosial həyatda rast gəlinən zorakılıq formaları aşağıdakılardır [8, s. 235]:

1) Özünə yönəlmiş zorakılıq: intihar, bədənə zərər verən hərəkətlər;

2) Şəxslərarası zorakılıq: Qadınlara, uşaqla ra, qocalara qarşı zorakılıq, tanışlıq zorakılığı, məişət zorakılığı;

3) Mütəşəkkil zorakılıq: Beynəlxalq zorakılıq, kollektiv zorakılıq, siyasi zorakılıq, güc zorakılığı, gücə qarşı zorakılıq;

4) Media zorakılığı: Yazılı və vizual mediada zorakı görüntülər, səslər və yazı vasitəsilə zorakılıq;

5) Zorakılığın digər formaları: dəstə zorakılığı, qan davaları, küçə zorakılığı, insan və orqan alveri, pornoqrafiya, homoseksuallara və lezbiyanlara qarşı zorakılıq, azlıqlara qarşı zorakılıq, məktəbdə və idman tədbirlərində zorakılıq.

DOI: 10.30546/2218-9130. 02.352.2024.45

Məqaləni tam oxumaq üçün faylı endirin. 

Leave A Reply

Registration

Forgotten Password?