MƏHKƏMƏ TƏRƏFİNDƏN DƏBBƏ PULUNUN AZALDILMASI İMKANLARI

Yusifov Şükür Məhəmməd oğlu,

Bakı Dövlət Universitetinin Mülki hüquq kafedrasının müdiri, hüquq üzrə fəlsəfə doktoru.

E-mail: [email protected]

Qaraşlı Rafət Rəhim oğlu,

Bakı Dövlət Universitetinin SABAH Qruplarının “Hüquqşünaslıq” ixtisası üzrə 2-ci kurs tələbəsi.

E-mail: [email protected]

 

Giriş. Dəbbə pulunun tarixi inkişafı. Mövcud qanunvericiliyimizdə öhdəliklərin icrasının təmin edilməsi üsullarından biri kimi anlaşılan [1] “dəbbə pulu” termini birbaşa Roma hüququ mətnlərində tapılmasa da, oxşar anlayışlara rast gəlinirdi. Belə ki, Roma hüququnda öhdəliklərin icrası ilk növbədə bir sıra hüquqi anlayışlar və müdafiə vasitələri vasitəsilə həyata keçirilirdi ki, onlardan bəziləri müasir hüquqi təcrübələrlə oxşarlıqlar daşıyır.

Antik cəmiyyətlərdə həm intiqam hissi, həm də hüquqsuzluğun baş alıb getməsi insanların öz haqlarını şəxsən axtarmalarına səbəb olurdu. Qədim Roma hüququna görə, xüsusi hüquq pozuntularında (delicta privata) zərərçəkmiş ona zərər yetirmiş şəxsə qarşı tədbir görə bilərdi. Bu zaman şəxsi intiqam düşüncəsini və zərərçəkmişin ona zərər yetirəni öldürmək hüququnu yüngülləşdirmək üçün başqa üsullardan istifadə olunmağa, yəni cərimələrin (poena) ödənilməsinə başlanıldı. Cəriməni ödəmək öhdəliyi konkret cinayəti törədən şəxslə zərər çəkmiş şəxs arasında borc münasibətlərinin yaranmasına səbəb olmuşdur.  Eynilə, Qədim Roma hüququnda tez-tez rast gəlinən müqavilə münasibətləri yaradan stipulatio da geniş istifadə olunurdu. Kreditorun bu müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirməyən borclunu həbs etmək hüququ var idi [4, s. 386]. Şifahi əqd sayılan stipulatio əqdini bağlamaq üçün kreditor borcluya borc münasibətlərinin bütün məzmununu əhatə edəcək bir sual verməli idi. Veriləcək suala şərtlər və müddətlər daxil edilə bilərdi, lakin cavab qeyd-şərtsiz olmalı idi. Məsələn, kreditor soruşur ki, “10 ton taxılla yüklənmiş gəmini İstanbula gətirmək şərti ilə sənə satdığım 10 ton taxıl qarşılığında mənə 1000 pul məbləği ödəməyi öhdənə götürürsənmi?”. Bunun əvəzində, borclu “Gəminin İstanbula çatması şərti ilə öhdəlik götürürəm” desə, əqd bağlanmış sayılırdı. Lakin cavabda sualdakı şərt və vəddən başqa şərt və vədlər aşkar edilsə və ya şərt sualda olmasa da, cavabda öz əksini tapsa, stipulatio bağlanmış sayılmayacaqdı. Şərt və vədin varlığından danışmaq üçün onlar sualda aydın şəkildə ifadə edilməlidir [2, s. 15]. Tərəflərdən biri vədinə əməl etmədikdə, qarşı tərəfə cərimə (poena) ödəməli idi [2, s. 18]. Bundan başqa, Roma dövründə qul satıcıları stipulatio vasitəsilə alıcıya satdıqları qulda heç bir qüsur olmadığına dair əminlik verməyə məcbur edilirdilər. Son illərdə Misirdə tapılan papiruslardan göründüyü kimi, belə stipulatio’lara tələbat çox idi. Bu stipulatio ilə satıcı qulda qüsur aşkar edildiyi halda alıcıya dəyəcək zərəri ödəməyi öhdəsinə götürürdü. Özünə belə bir təminat verilən alıcı da yeni bir imkan əldə etmiş olurdu və dəymiş zərəri actio ex stipulatu adlı stipulatio iddiası ilə satıcıdan kompensasiya edə bilərdi [3, s. 615].

 

Daha ətraflı buradan oxuyun:

Leave A Reply

Registration

Forgotten Password?