MƏHKƏMƏ-HÜQUQ ŞURASININ NORMATİV XARAKTERLİ QƏRARLARI

Turabova Sümbül Faiq qızı,
Bakı Dövlət Universitetinin Hüqüq fakültəsinin Dövlət və hüquq nəzəriyyəsi və tarixi
kafedrasının müəllimi və doktorantı
Ünvan: Bakı ş., Akademik Z.Xəlilov, 23
E-mail: [email protected]

 

Son illər ərzində məhkəmə hakimiyyəti sahəsində genişmiqyaslı islahatların həyata keçirilməsi ölkədə müasir məhkəmədaxili idarəetmə modelinin formalaşmasına gətirib çıxarmışdır. Bu, hakimiyyətlərin bölgüsü prinsipinin təzahürüdür ki, belə olan halda məhkəmələr öz fəaliyyətinin təminatını həyata keçirir və nəticə etibarilə məhkəmələrin və hakimlərin müstəqilliyinə və sərbəstliyinə nail olunur. Hakimlər birliyinin əlahiddə bir orqanının yaradılması hakimləri özünüidarəetmə fəaliyyətinə cəlb edir, onları yalnız ədalət mühakiməsinin həyata keçirilməsi məsələlərinə deyil, həm də məhkəmə sisteminin daxili və xarici həyatına aid geniş məzmunlu məsələlərin həllinə yönəldir. İstənilən sosial sistem üçün səciyyəvi olan məhkəmələrin daxili həyatı ilə bağlı məsələlər hakimlərin qanuna tabe olan davranışını təmin edən təşkilati, maliyyə və digər məsələlərin həllindən, onların ixtisasının artırılması, yalnız hakimlərin deyil, həm də onun ailə üzvlərinin sosial müdafiəsi tədbirlərinin və təhlükəsizliyinin təmin edilməsindən ibarətdir. Bu mənada R.S.Abdulin düzgün olaraq qeyd edir ki, “sistemdaxili idarəetmə hakimlərin müstəqilliyinin təminatıdır, çünki hakim vəzifəsinə təyin edilmə, hakimlərin vəzifə üzrə yüksəlişi, intizam məsuliyyətinə cəlb edilmə  məsələləri icra orqanları tərəfindən deyil, hakimlərin özləri tərəfindən, yaxud hakimlərin iştirakı ilə həll edilir” [6, s.109].

Şübhəsiz, məhkəmə orqanlarının təşkilini və fəaliyyətini dəqiq şəkildə tənzimləyən qanunvericilik müddəaları ilə yanaşı, məhkəmə hakimiyyətinin özü tərəfindən hakim korpusunun formalaşdırılması və idarə etməsi üzrə qaydaların qəbulu da böyük əhəmiyyət kəsb edir [9, s. 25]. Başqa sözlə desək, “qanunverici nəinki məhkəmə sisteminə öz daxili idarəetmə məsələlərini müstəqil həll etmək üçün əlverişli şərait yaratmalı, həm də məhkəmə hakimiyyətini daxili idarəetmə orqanları ilə təmin etməlidir ki, bu da hakimlərin və məhkəmələrin müstəqilliyinin təminatı olmaqla, sosial mübahisələrin obyektiv baxılması və həlli, hər bir iş üzrə ədalətli məhkəmə qərarının qəbul edilməsinin rəhnidir” [7, s. 229].

 

Məqaləni tam oxumaq üçün faylı endirin. 

Leave A Reply

Registration

Forgotten Password?