KÜÇƏ ADLARININ HÜQUQİ TƏNZİMLƏNMƏSİ, MƏDƏNİ İRS VƏ İDEOLOJİ MƏSƏLƏLƏR HAQQINDA

Cəbi Gülşən Zabit qızı,
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının müəllimi,
hüquq üzrə fəlsəfə doktoru
Ünvan: Akademik Zahid Xəlilov küçəsi, 33
E-mail: [email protected]

 

Xalqların tarixinin mühafizəsi və gələcək nəsillərə ötürülməsi, mövcud nəsillərdə milli özünüdərkin inkişafı, milli iftixar hissinin formalaşması və gücləndirilməsində faydalı olan müxtəlif üsullar var ki, bunların sırasında həm tarixiliyi, həm də təhsil və dünyagörüşü fərqindən asılı olmayaraq, bütün insanlara informativ xitab edə bilən bir kateqoriya kimi prospekt, küçə, müxtəlif məkanlara verilən adlar çıxış edir. Küçə adları məsələsi texniki xarakterli məsələ deyil, həm hüquqi kateqoriya, həm toponim kimi ciddi diqqət yetirilməli məsələlərdən biridir. Bu adlar xalqın tarixini, milli kimliyini ifadə etməklə bərabər, cəmiyyətin müxtəlif kontingentinə xitab etməklə ictimai fikir formalaşdırır, ideoloji tərəfdən təsir gücünə malik olur. Küçə adlarının milli və beynəlxalq-hüquqi tənzimlənməsinə dair. Məsələnin aydınlaşdırılması üçün həm milli [1] və beynəlxalq qanunvericilik aktlarına, həm də beynəlxalq elmi-nəzəri materiallara diqqət etmək vacibdir. Azərbaycan Respublikasının 12 noyabr 1995-ci il tarixli Konstitusiyasının Preambulasına əsasən xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq Azərbaycan xalqının özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında əks olunan prinsipləri əsas götürərək, bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsini arzulayaraq, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini istəyərək, keçmiş, indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayaraq, suveren hüququndan istifadə edərək, təntənəli surətdə bəyan etdiyi niyyətlərdən biridir.

DOI: 10.30546/2218-9130. 02.352.2024.08

Məqaləni tam oxumaq üçün faylı endirin. 

Leave A Reply

Registration

Forgotten Password?