Müslümov Bəhruz Firizman oğlu,
Bakı Dövlət Universitetinin Cinayət hüququ kafedrasının doktorantı
E-mail: [email protected]
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 19-cu maddəsinə görə, cinayətin subyekti qanunvericiliklə müəyyən olunmuş yaş həddinə çatmış anlaqlı fiziki şəxsdir [1]. Yəni şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinin mümkünlüyü üçün iki mühüm şərt vardır: bunlardan biri cinayət törətmiş şəxsin qanunvericilikdə müəyyən olunmuş yaş həddinə çatması, digəri isə onun anlaqlı fiziki şəxs olmasıdır. Cinayət Məcəlləsinin 20-ci maddəsində cinayət məsuliyyətinə şəxsin cəlb oluna bilməsinin mümkünlüyü üçün qanunvericilik ümumilikdə 16 yaşı nəzərdə tutur, həmin maddənin 2-ci bəndində isə müəyyən qisim cinayətlərə görə bu məsuliyyətin 14 yaşında başlanması qeydi vardır. Bu kateqo riyadan olan cinayətlər xüsusilə cəmiyyətdə teztez rastlaşdığımız və yüksək ictimai təhlükəliliyi olan cinayətlər hesab olunur ki, bu sıraya qəsdən adam öldürmə, qəsdən sağlamlığa ağır zərər vurma, oğurluq, soyğunçuluq, quldurluq və s. kimi cinayətlər daxildir.
Biz vəzifəli şəxslərin cinayət məsuliyyəti barədə danışdıqda mütləq nəzərə almalı oldu ğumuz bir neçə mühüm məqam var. Yəni subyektin cinayət məsuliyyəti barədə danışdıqda bizim üçün mühüm əlamətlərdən biri subyektin vəzifəli şəxs olmasıdır. Belə ki, sözügedən halla əlaqədar olaraq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi vəzifəli şəxsin anlayışını verir, kimlərin vəzifəli şəxs olduğuna aydınlıq gətirir [3]. Vəzifəli şəxs üçün tələb olunan əsas əlamətlərdən biri vəzifəli şəxsin vəzifə tutması və təşkilati-sərəncamverici funksiyası daşıması
hesab olunur. Belə bir məqamda biz başa düşə bilirik ki, vəzifəli şəxs ən azı 18 yaşına çatmış şəxsdir.
DOI 10.30546/2218-9130. 01.351.2024.107