KONSTİTUSİON İSTİRAHƏT HÜQUQUNUN MAHİYYƏTİ HAQQINDA

Əkbərli Ülkər Asif qızı,

Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Əmək və ekologiya hüququ kafedrasının baş müəllimi, hüquq üzrə fəlsəfə doktoru

Ünvan:

E-mail: [email protected]

 

Azərbaycan Respublikası vətəndaşlarının əsas sosial-iqtisadi hüquqlarından biri də istirahət hüququdur. Bu hüquq Azərbaycan Respublikasının 1995-ci il Konstitusiyasının 37-ci, 1948-ci il İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 24-cü, 1966-cı il İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın 7-ci, 1961-ci il Avropa Sosial Xartiyasının 2-ci maddəsində, habelə Beynəlxalq Əmək Təşkilatının (BƏT) bir sıra konvensiyalarında təsbit olunmuşdur. Həmin maddələrin məzmununa diqqət yetirməyi məqsədəuyğun hesab edirik. Azərbaycan Respublikası Konstitusiyasının “İstirahət hüququ” adlanan 37-ci maddəsinin I hissəsinə əsasən, hər kəsin istirahət hüququ vardır. Həmin maddənin ikinci hissəsində bu hüququn təminatları təsbit olunmuşdur. Orada deyilir ki, əmək müqaviləsi ilə işləyənlərə qanunla müəyyən edilmiş, lakin gündə 8 saatdan artıq olmayan iş günü, istirahət və bayram günləri, ildə azı bir dəfə 21 təqvim günündən az olmayan ödənişli məzuniyyət verilməsi təmin edilir [1, s. 14-15].

İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 24-cü maddəsinə uyğun olaraq, hər bir şəxsin istirahət və asudə vaxt, o cümlədən iş gününün ağlabatan hüququ və ödənilən vaxtaşırı məzuniyyət hüququ var [7, s. 5].

İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın 7-ci maddəsinə görə, bu Paktda iştirak edən dövlətlər hər bir şəxsin ədalətli və münasib iş şəraiti hüququnu tanıyır, o cümlədən bütün zəhmətkeşlər üçün…

  1. c) istirahət, asudə vaxt və iş gününün ağlabatan şəkildə məhdudlaşdırılması və ödənilən mütəmadi məzuniyyət, eləcə də bayram günlərinin haqqının ödənilməsi təmin olunmalıdır [8, s. 5].

Avropa Sosial Xartiyasının “Ədalətli əmək şəraiti hüququ” adlanan 2-ci maddəsinə müvafiq olaraq ədalətli əmək şəraiti hüququnun həyata keçirilməsini təmin etmək məqsədilə tərəflər aşağıdakı öhdəlikləri götürürlər…

2) ödənişli bayram günlərini təyin etmək;

3) ən azı dörd həftəlik ödənişli illik məzuniyyətin verilməsini təmin etmək [2, s. 6].

Yeri gəlmişkən qeyd edək ki, istirahət hüququnun Konstitusiyada təsbit olunmuş insan və vətəndaşın əsas hüquq və azadlıqlarının hansı blokuna aid edilməsi məsələsi barəsində alimlər arasında yekdil fikir yoxdur. Belə ki, istirahət hüququnu bəzi alimlər iqtisadi hüquqlara, bəziləri sosial hüquqlara, digərləri isə sosial-iqtisadi hüquqlara aid edirlər.

Daha ətraflı buradan oxuyun:

Leave A Reply

Registration

Forgotten Password?