KOMMERSİYA MÜBAHİSƏLƏRİNDƏ MEDİASİYANIN TƏTBİQİ

Əhmədov Fərid Ziyat oğlu,

Bakı Dövlət Universitetinin Beynəlxalq ümumi hüquq kafedrasının doktorantı

E-mail: [email protected]

TEL:  050 768 12 32

Mediasiya  latınca  “mediation”  sözündən  olub,  vasitəçilik  deməkdir.  Mediasiya dünya  təcrübəsi  ilə  meydana  gələn  hüquqi  barışıq  strategiyasının  növlərindən  biridir. Başqa sözlə,  mediasiya  mübahisənin alternativ  həlli  üsulu  olmaqla  ədalət  mühakiməsinə əlçatanlığın digər  formalarından  biri  kimi  mübahisədə  olan  tərəflər  arasında  qarşılıqlı konsensusa əsaslanan və  hər iki tərəfi qane edən qərara gəlmək yoludur.

Mediasiyanın tətbiq edildiyi mübahisələrdən biri kommersiya mübahisələri hesab edilir. 2018-ci ilin 20 dekabr tarixli “Mediasiya vasitəsilə əldə olunmuş beynəlxalq barışıq sazişləri üzrə BMT-nin Sinqapur Konvensiyası” kommersiya mübahisələrini həll etmək üçün alternativ, effektiv üsul kimi mediasiyanı təşviq edir. Kommersiya xarakterli münasibətlərə malların və ya xidmətlərin tədarükü və ya mübadiləsi üçün hər hansı ticarət əməliyyatı, dəyişdirmə müqaviləsi, kommersiya nümayəndəliyi və ya agentliyi, faktorinq, lizinq, konsaltinq, mühəndislik, lisenziyalaşdırma, investisiya, maliyyələşdirmə, bankçılıq, sığorta, konsessiya, birgə müəssisə və sənaye və ya biznes əməkdaşlığının digər formaları, hava, dəniz, dəmir yolu və ya avtomobil yolu ilə yüklərin və ya sərnişinlərin daşınması və sair əməliyyatlar daxildir. Kommersiya mediasiyası digər mübahisələrin alternativ həlli üsullarından bir neçə cəhətdən fərqlənir, lakin onun əsas xüsusiyyəti ondan ibarətdir ki, mediatordan mübahisə ilə bağlı yekun qərarın qəbul edilməsi gözlənilmir. Belə ki, kommersiya mübahisələrində mediatorun məqsədi mübahisə tərəflərini nizamlanmaya doğru irəliləməyə təşviq etməkdir [2].

Daha ətraflı buradan oxuyun:

Leave A Reply

Registration

Forgotten Password?