Jurnal haqqında

JURNAL HAQQINDA Ümumi Məlumat

«Qanun» elmi hüquq jurnalı Qanun Nəşriyyatının direktoru Şahbaz Xuduoğlu tərəfindən təsis edilmişdir. Jurnal 8 yanvar 1992-ci ildən etibarən çap olunan dövri elmi nəşrdir. Jurnalın əsas məqsədi hüquq elminin inkişafı, hüquq və qanunçuluğun təbliği, cəmiyyətin hüquqi maarif¬ləndirilməsi işində elmi platforma kimi yaxından iştirak etməkdir.
Jurnalda tanınmış hüquqşünas alimlərin, doktorant və dissertantların, magistrantların, praktik hüquqşünasların hüququn müxtəlif sahələri üzrə elmi-praktiki məqalələri mütəmadi olaraq dərc edilməkdədir. Məqalələr Azərbaycan, rus və ingilis dillərində dərc olunur.
Jurnalın redaksiya heyətinə ölkəmizin və Rusiya Federasiyasının tanınmış hüquqşünas alimləri daxildir.
Jurnal Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində qeydə alınmışdır. Qeydiyyat şəhadətnaməsi: № 0104-P83-41555.
Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin 16 may 2014-cü il tarixli (protokol № 07-R) qərarı ilə “Hüquq elmləri” üzrə «Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısı»na (15-ci bənd) daxil edilmişdir (https://aak.gov.az/single/422).
Jurnal ayda bir dəfə, hər ayın 20-dən sonra nəşr edilir.

Cəfərquliyev Mirağa Əşrəf oğlu

hüquq üzrə elmlər doktoru, professor

Dəmirçiyeva Məhəbbət Dəyirman qızı

Bakı Dövlət Universitetinin Mülkü hüquq kafedrasının professoru, hüquq üzrə elmlər doktoru

Cəfərov Zahid İsa oğlu

Bakı Dövlət Universitetinin Əmək və ekologiya hüququ kafedrasının professoru, hüquq üzrə elmlər doktoru

Kurennoy Aleksandr Mixayloviç

Bakı Dövlət Universitetinin Əmək və ekologiya hüququ kafedrasının professoru, hüquq üzrə elmlər doktoru

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Əmək hüququ kafedrasının müdiri, hüquq üzrə elmlər doktoru, professor, Rusiya Federasiyasının Əməkdar hüquqşünası

Qasımov Alış Məmiş oğlu

Bakı Dövlət Universitetinin Əmək və ekologiya hüququ kafedrasının müdiri, hüquq üzrə elmlər doktoru, professor

Qəfərov Midhəd Seyidəhməd oğlu

Bakı Dövlət Universitetinin Cinayət prosesi kafedrasının professoru, hüquq üzrə elmlər doktoru

Qurbanov Habil Surxay oğlu

hüquq üzrə elmlər doktoru, professor, AMEA Azad Həmkarlar İttifaqının sədri, Avropa Humanitar Elmlər Akademiyasının həqiqi üzvü

Zahid Məmmədov Fərrux oğlu

Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin direktoru, iqtisad üzrə elmlər doktoru, professor

Rəhimov İlham Məmmədhəsən oğlu

hüquq üzrə elmlər doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar hüquqşünası

Skaçkova Qalina Semyonovna

Özəl ali təhsil müəssisəsi “Hüquq İnstitutu”nun (Sankt-Peterburq) Mülki hüquq və prosesi kafedrasının professoru, hüquq elmləri doktoru

Qurbanov Habil Surxay oğlu

hüquq üzrə elmlər doktoru, professor, AMEA Azad Həmkarlar İttifaqının sədri, Avropa Humanitar Elmlər Akademiyasının həqiqi üzvü

Tomaşevski Kiril Leonidoviç

V.Q. Timiryasov adına Kazan İnnovasiya Universitetinin Hüquq fakültəsinin elmi işlər üzrə dekan müavini, mülki və sahibkarlıq hüququ kafedrasının professoru, hüquq elmləri doktoru

Zahidov Bəhram Saffan oğlu

hüquq üzrə elmlər doktoru, professor, Nyu-York Elmlər Akademiyasının üzvü

İmanlı Məhəmməd Nağı oğlu

Dövlət Gömrük Akademiyasının professoru, hüquq üzrə elmlər doktoru

Hikmət Eyvazov

Hüquq üzrə fəlsəfə doktoru, redaksiya heyətinin üzvü və eyni zamanda redaktor.

Registration

Forgotten Password?