İSTİRAHƏT HÜQUQUNUN ANLAYIŞI, FUNKSİONAL TƏYİNATI VƏ ƏMƏK HÜQUQU İLƏ QARŞILIQLI ƏLAQƏSİ

Abdullayeva Zeynəb Şakir qızı,

Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Əmək və ekologiya hüququ kafedrasının “Mülki və təsərrüfat hüququ” ixtisaslaşması üzrə II kurs magistrantı

E-mail: [email protected]

 

Hər bir hüquqi dövlətdə və vətəndaş cəmiyyətində insanlar istirahət hüququna malikdirlər. Azərbaycan Respublikasının vətəndaşlarının, həmçinin ölkə ərazisində yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq istirahət hüquqları tanınır və dövlət tərəfindən qorunur. Hər bir insanın istirahət hüququna malik olması və bu hüquqlardan istifadə etməsi daxili qanunvericilik aktları ilə yanaşı beynəlxalq mənbələrdə də öz əksini tapmışdır. Belə ki, hər insanın eyni hüquqlara sahib olması fikrinə əsaslanan ilk beynəlxalq sənədlərdən biri olan 10 dekabr 1948-ci il tarixli İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 24-cü maddəsində də qeyd edildiyi kimi hər bir insan, iş gününün səmərəli məhdudlaşdırılması və ödənilən vaxtaşırı məzuniyyət hüququ da daxil edilməklə istirahət və asudə vaxt hüququna malikdir [4].

Sərbəst (asudə) vaxta tələbat ilk növbədə, işçinin öz əmək qabiliyyətinə (iş qabiliyyətinə) qayğı ilə yanaşması imkanını, onu uzun müddət qoruyub saxlamasını, yüksək məhsuldar və səmərəli işləmək qabiliyyətini ifadə edir. Sərbəst (asudə) vaxt işçiyə yalnız sağlamlığını qorumaq və möhkəmləndirmək imkanı verməyib, həm də mədəni və təhsil fəaliyyəti ilə məşğul olmağa, bilik sahəsini genişləndirməyə, bununla da özünün intellektual səviyyəsini yüksəltməyə şərait yaradır [3, s. 8].

Daha ətraflı buradan oxuyun:

Leave A Reply

Registration

Forgotten Password?