İSTİNTAQ HƏRƏKƏTLƏRİ APARILAN ZAMAN YALANIN İFŞA OLUNMASI

Kamranzadə Aişə Zakir qızı, 

Bakı Dövlət Universitetinin Kriminalistika və məhkəmə ekspertizası kafedrasının magistrantı

E-mail: [email protected]

Müasir dövrdə texniki vasitələr və süni intellekt texnologiyaları sayəsində istintaq hərəkətləri sahəsinə əhəmiyyətli təsir imkanları izlənilir. Üz tanıma, audio və mətn təhlili və maşın öyrənmə alqoritmləri kimi qabaqcıl texnologiyalardan istifadə etmək bacarığı sübutların daha effektiv müəyyən edilməsi və təhlili və istintaq proseslərində yalanların aşkarlanmasına kömək etmək üçün geniş perspektivləri yaradır. Texniki yeniliklərin bu potensial tətbiqləri həqiqəti müəyyən etmək və məhkəmə proseslərini asanlaşdırmaq, daha dəqiq və obyektiv araşdırma üçün vasitə təmin etmək üçün yeni bir zəmin yaradır.

Qəsdən yalan ifadə verməyin motivlərinin müəyyən edilməsi məsələsi istintaqın və məhkəmə prosesinin tərkib hissəsidir. Motivlərin başa düşülməsi yalanın kök səbəblərini müəyyən etməkdə mühüm yer tutur və verilən məlumatın etibarlılığını daha dəqiq qiymətləndirilməsinə imkan verir. Motivlərin təhlili təkcə ədalətin və ədalət mühakiməsinin təmin edilməsi üçün deyil, həm də yaranmış vəziyyətin daha dolğun və obyektiv başa düşülməsi üçün vacibdir.

Bu kontekstdə yalan ifadələrin verilməsi motivlərini nəzərdən keçirək. Beləliklə, şübhəli və təqsirləndirilən şəxslərin bilərəkdən yalan ifadə verməsinin ən çox yayılmış motivləri aşağıdakılardır:

– törədilmiş cinayət əməlinə görə məsuliyyətdən yayınmaq və ya təqsirinin dərəcəsini azaltmaq və ya törədilmiş cinayətə görə deyil, daha az ağır – real və ya uydurma cinayət əməlinə görə cəza almaq istəyi;

– qohumlarına və digər şəxslərin törətdikləri cinayətə görə məsuliyyətdən yayınmasına kömək etmək;

– cinayət mühitində nüfuz qazanmaq, digər oxşar və əvvəllər açılmamış cinayətlərin törədildiyini etiraf edərək müstəntiqi “məmnun etmək”;

– maraqlı tərəflərdən qisas qorxusu və ya onlardan maddi faydanı almaq motivi;

– dindirilən şəxsin bu cinayət əməlini açmağın mümkünsüz olduğuna dair inamı;

– cinayət əməlinin digər iştirakçılarını gizlətmək və ya obyektiv və subyektiv səbəblərə görə onların təqsirinin dərəcəsini yüngülləşdirmək;

–   tamah motivlərinə görə;

– qisas almaq və ya gələcəkdə öz təhlükəsizliyini təmin etmək məqsədilə cinayət iştirakçılarının qəsdən əlbir olması;

– dindirilənlə müstəntiq arasında etimadın olmaması, müstəntiqin dindirilmə obyektinə qarşı şəxsi düşmənçiliyi;

– xəstə psixi vəziyyət, xüsusi həyat şəraitinə düşmək istəyi və digər səbəblər. [1, s. 142-143].

 

Daha ətraflı buradan oxuyun:

 

Leave A Reply

Registration

Forgotten Password?