İŞĞALDAN AZAD EDİLMİŞ ƏRAZİLƏRDƏ QEYRİ-QANUNİ İQTİSADİ FƏALİYYƏTİN EKOLOGİYAYA VURDUĞU ZƏRƏR

İmanlı Məhəmməd Nağı oğlu,
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının Humanitar fənlər
kafedrasının müəllimi, professor
Ünvan: Bakı şəhəri, Zabrat-Maştağa şossesi, 2
E-mail: [email protected]

 

Qlobal iqlim dəyişikliyi, torpaqların səhralaşması və təmiz içməli su qıtlığı baxımından ətraf mühit bütün beynəlxalq ictimaiyyəti narahat edən əsas sahələrdən biridir. Bu məsələlər BMT-nin Dayanıqlı İnkişaf Məqsədində öz əksini tapıb. Əsas məqsəd su ehtiyatlarından səmərəli istifadə və su və kanalizasiya xidmətlərinə çıxışla əlaqənin olması, iqlim dəyişikliyi ilə mübarizə tədbirləri, torpaq ekosistemlərinin qorunması və bərpası, davamlı meşə idarəetməsi, səhralaşma ilə mübarizə və torpaq deqradasiyasına son qoymaqdır. Birləşmiş Millətlər Təşkilatının 2030-cu ilə qədər proqnozlaşdırdığı bu məqsədlər Ermənistanın 30 ilə yaxın davam edən və Cənubi Qafqazda ekologiyanı əhəmiyyətli dərəcədə pozan işğalçılıq siyasəti ilə ciddi təhlükə altında olub. İşğal altında olmuş ərazilərdə qeyri-qanuni sahibkarlıq və təbii sərvətlərin istismarı böyük iqtisadi ziyan və çoxsaylı ekoloji fəsadlarla nəticələnib. Meşələrin təmizlənməsi və yandırılması, su ehtiyatlarının çirkləndirilməsi, flora və faunanın məhv edilməsi, təbii sərvətlərin mənimsənilməsi ekoloji tarazlığı pozub. Təbiətin maneəsiz deqradasiyası hətta Ermənistanın özündə də ekoloji təşkilatların reaksiyasına səbəb olub [1].

DOI: 10.30546/2218-9130. 02.352.2024.23

Məqaləni tam oxumaq üçün faylı endirin. 

Leave A Reply

Registration

Forgotten Password?