İRAN İSLAM RESPUBLİKASI TƏRƏFİNDƏN AZƏRBAYCAN RESPUBLİKASININ SƏRHƏD TƏHLÜKƏSİZLİYİNƏ TƏHDİDLƏR

Musayev Hafiz Məhərrəm oğlu,
hüquq üzrə fəlsəfə doktoru
E-mail: [email protected]

İran İslam Respublikasının (İİR) Azərbaycan Respublikası (AR) ilə tarixi, mədəni, dini, milli və digər sahələrdə yaxınlığına baxmayaraq, ölkəmiz dövlət müstəqilliyini bərpa etdikdən sonra İİR dini hakimiyyətinin Azərbaycana qarşı əks mövqedə siyasət yürütməsi təəccüb doğurur. AR ilə sərhədyanı bölgələrdə İİR-in Silahlı Qüvvələrinin ən nüfuzlu qurumu sayılan İslam İnqilabının Mühafizəçiləri Korpusu (İİMK) son illər vaxtaşırı genişmiqyaslı təlimlərini keçirərək AR əleyhinə yüksək vəzifəli rəsmilər tərəfindən ittihamların, hədə məzmunlu ifadələrin səsləndirilməsi sərhəddən dövlətimizə qarşı yönələn təhdidlərin bariz nümunəsidir. Bu məqalədə dövlətimizin milli maraqlarını, təhlükəsizliyini, o cümlədən sərhəd təhlükəsizliyini təhdid edən, İİR-də ən nüfuzlu silahlı birləşmə sayılan, ali dini rəhbərin bilavasitə rəhbərliyi və nəzarətində olan İİMK-nın ümumi fəaliyyəti, bu fəaliyyətin AR ilə sərhədlərin mühafizəsinə təsiri və digər maraq doğuran məsələlər şərh olunmuşdur.

İİR-in Silahlı Qüvvələri (SQ) əsasən 3 növ hərbi qurumdan, Ordu (Arteş, ارتتش), İslam İnqilabının Mühafizəçiləri Korpusu (fars dilində “Sepahe pasdarane enqelabe eslami”, qısaca “Sepah”,  İslam İnqilabının Keşikçiləri Dəstəsi kimi də tərcümə olunur,  سپاه پاسداران انقلاب اسلامی) və Nizam-İntizam Komandanlığından (“Fərmandehi-ye Entezami”فرماندهی انتظامی) təşkil olunmuşdur. İİR-in Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyi (وزارت دفاع و پشتیبانی نیروهای مسلح-  qısaca Müdafiə Nazirliyi) ölkənin Silahlı Qüvvələrinin fəaliyyətinin planlaşdırılması, koordinasiyası, müdafiə qabiliyyə­tinin genişləndirilməsi, təchizatı, lazımı dəstəyin göstərilməsi işlərinə cavabdehdir. İİR-in rəsmi mənbələrinə əsasən İranın Silahlı Qüvvələrinin sərəncamında 610 min nəfər həqiqi xidmətdə olan şəxsi heyət və 250 min nəfərdən çox ehtiyat qüvvələri vardır və bununla da Qərbi Asiyada ən böyük hərbi gücə (şəxsi heyətin sayına görə) malik sayıldığı göstərilir. Digər bəzi mənbələrdə isə İranın 950 min nəfər fəal şəxsi heyətinin, 1 milyon 300 min nəfər ehtiyat, 2 milyon 600 min nəfər yarımhərbi, ümumilikdə isə 4,5 milyon nəfərdən çox canlı qüvvəsinin olduğu göstərilir. Bununla da İİR öz Silahlı Qüvvələrinin şəxsi heyətinin sayına görə dünyanın 5-ci ölkəsi hesab olunur [4].

 

Məqaləni tam oxumaq üçün faylı endirin. 

Leave A Reply

Registration

Forgotten Password?