İQTİSADİ CİNAYƏTLƏRİN AŞKAR EDİLMƏSİNDƏ İQTİSADİ TƏHLİLİN STEREOTİPLƏR METODUNDAN İSTİFADƏ EDİLMƏSİ

Hüseynov Qardaş Sayadxan oğlu,
Bakı Dövlət Universitetinin Kriminalistika və məhkəmə ekspertizası kafedrasının dosenti
Ünvan: Bakı şəhəri, Akademik Zahid Xəlilov küçəsi, 33
E-mail: [email protected]

İqtisadi cinayətləri aşkar etmək məqsədilə aparılan iqtisadi göstəricilərin əsas tədqiqat üsullarından biri də iqtisadi təhlilin stereotiplər metodudur. Cinayət hadisəsi nəticəsində pozulan əlaqələrin aşkarlanmasına yönələn xüsusi hesablaşma göstəriciləri metodundan fərqli olaraq, stereotiplər metodu iqtisadi göstəricilərdə elə kriminalistik əlaqələr axtarır ki, bu əlaqələr göstəricilərin məzmun dəyişmələrində öz əkslərini tapırlar. Buna görə də stereotiplər metodunun tətbiqində kriminalistik təsəvvürlərin hakim rola malik olduğu hamılıqla təsdiqlənir. Məsələnin mahiyyəti ondan ibarətdir ki, bu əlaqələr cinayət hadisəsinin həm müəssisənin təsərrüfat fəaliyyəti ilə, həm də onu əhatə edən hadisə və proseslə qarşılıqlı əlaqəsini əks etdirirlər. Qeyd etmək lazımdır ki, cinayət hadisəsinin müəssisənin təsərrüfat fəaliyyəti ilə, həm də onu əhatə edən hadisə və proseslə qarşılıqlı əlaqəsini əks etdirilənlərin aşkar olunması cinayət faktının mövcud olmasına dair artıq heç bir şübhə yeri qoymur [1, s. 117-119]. Lakin bu əlaqələrin özlərinin mövcud olması həmişə müəyyən ehtimallarla bağlı olur. Onların təzahür etməsinin ehtimallığını aşağıdakı qaydada izah edə bilərik. Belə məzmunlu izah vasitəsi ilə həm də göstərilən qarşılıqlı təsirə dair iqtisadi və kriminalistik təsəvvürlər arasında dəqiq sərhədin müəyyən edilməsi imkanına diqqət yetirəcəyik.

DOI: 10.30546/2218-9130. 02.352.2024.28

Məqaləni tam oxumaq üçün faylı endirin. 

Leave A Reply

Registration

Forgotten Password?