İQTİSADİ CİNAYƏTLƏRİN AŞKAR EDİLMƏSİ VƏ İSTİNTAQI ZAMANI İQTİSADİ TƏHLİLDƏN İSTİFADƏ EDİLMƏSİ

Hüseynov Qardaş Sayadxan oğlu,
Bakı Dövlət Universitetinin Kriminalistika və məhkəmə ekspertizası kafedrasının dosenti,
hüquq üzrə elmlər doktoru
E-mail: [email protected]

 

Məhkəmə mühasibatı metodları sistemində sənədli təhlil ilk öncə xüsusi tezliyi, bəzən isə araşdırılan cinayətin sübutedici bazasının formalaşdırılması zamanı tətbiqinin məcburiliyi ilə fərqlənən xüsusi yer tutur. Cinayət işinin bəzi halları, məsələn, mülkiyyətin oğurlanması ilə vurulmuş ziyanın dəqiq həcmi ümumiyyətlə ilkin qeydiyyat sənədlərinə müraciət etmədən müəyyən edilə bilməz. Bundan əlavə, araşdırma prosesində sənədli təhlil müstəqil əhəmiyyətini qoruyub saxlayaraq çox vaxt mühasibat və ya iqtisadi təhlilin məntiqli davamına çevrilir. Sənədli təhlil həmçinin tədqiq olunan obyektlərin növləri ilə fərqlənir. Bu metoddan istifadə etdikdə onların tərkibinə yalnız mühasibat sənədləri deyil, həmçinin digər, o cümlədən qeyri-rəsmi qeydiyyat sənədləri də daxil ola bilər.

Məhkəmə mühasibatı metodları sistemində lazımi element olaraq sənədli təhlil ixtisaslaşmış məhkəmə-iqtisadi araşdırmaların ümumi metodoloji prinsiplərinə əsaslanır [3, s. 83]. İnformasiya sistemlərinin ziddiyyətsizliyi prinsipi burada da müəyyənləşdirici əhəmiyyətini qoruyub saxlayır, bir fərqlə ki, o, konkret təsərrüfat əməliyyatlarının sənədli rəsmiləşdirilməsinə olan tələblər ilə əlaqələndirilir.

DOI 10.30546/2218-9130. 01.351.2024.116

Məqaləni tam oxumaq üçün faylı endirin.

Leave A Reply

Registration

Forgotten Password?