HÖKM ƏDALƏT MÜHAKİMƏSİNİN MÜHÜM AKTI KİMİ: ANLAYIŞI, SƏCİYYƏVİ ƏLAMƏTLƏRİ, ƏHƏMİYYƏTİ

Hüseynli Məharət Ədalət oğlu,

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Mərkəzi Ekspertiza Məhkəməsinin dissertantı

E-mail: [email protected]

 

Məlum olduğu kimi, Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər (Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsi). Məhkəmələr ədalət mühakiməsini həyata keçirərək baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, qərarlar və hökmlər çıxarırlar. Qeyd olunan qərarlar arasında hökm ədalət mühakiməsinin ən mühüm prosessual aktı hesab edilir.

Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmadan heç kəs cinayət etməkdə təqsirli sayıla bilməz. Bu baxımdan ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanunçuluğun və ədalətliliyin təminində rolu və əhəmiyyəti böyükdür.

Ədalət mühakiməsi aktları içərisində hökmü digər aktlardan fərqləndirən əsas cəhət ondan ibarətdir ki, məhz ədalət mühakiməsinin bu aktı ilə məhkəmə tərəfindən məhkəmə baxışı zamanı sübutların bilavasitə tədqiqi və qiymətləndirilməsi əsasında təqsir və cəza məsələsi həll edilir. Məhz buna görə də məhkəmə hökmü həmişə prosessualist-alimlərin diqqət mərkəzində olmuş, məhkəmə hökmünün ən müxtəlif aspektlərinin tədqiqinə elmi monoqrafiyalar, çoxsaylı məqalələr həsr olunmuş, dissertasiya işləri müdafiə olunmuşdur [11; 20].

H.e.d., prof. R.İsgəndərov məhkəmə hökmünün ədalət mühakiməsinin ali aktı kimi qiymətləndirir və belə qiymətləndirmənin hökmdə həm təqsir, həm də cəza haqqında məsələnin həll edilməsi ilə şərtləndiyini qeyd edirdi [17, s. 59].

Hökmdən başqa heç bir prosessual akt şəxsin cinayət törətməkdə təqsirli olduğunu təsdiq və törətdiyi əmələ görə ona cəza təyin edə bilməz. Bu öz əksini CPM-in 21-ci maddəsində tapmışdır: «Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır».

Prof. M.Ə.Cəfərquliyevin düzgün qeyd etdiyi kimi, məhkəmə hökmünə qədər həyata keçirilən bütün prosessual hərəkətlərin əsas məqsədi hökmün çıxarılması üçün faktiki və hüquqi əsasların, şərtlərin yaradılmasından ibarətdir [3, s. 674].

Hüquq ədəbiyyatında ədalət mühakiməsi aktı kimi hökmün əhəmiyyətini şərtləndirən amillər sırasında hökmün açıq elan olunmasının cəmiyyət üzvlərinin zəruri ictimai şüurunun inkişafına, ictimai qaydanın bərpasına və saxlanmasına kömək etdiyi də qeyd olunur [23, s. 25].

R.İsgəndərov düzgün olaraq yazırdı ki, hökmlə birinci instansiya məhkəməsi tərəfindən cinayət işi üzrə ədalət mühakiməsinin həyata keçirilməsi başa çatır, ittiham aktı ilə təqsirləndirilən şəxs qismində cinayət prosesinə cəlb edilmiş şəxsin cinayətin törədilməsində təqsirli olub-olmaması haqqında məsələyə cavab verilir; hökmlə təqsirli hesab edilən şəxsə cəza təyin edilir. Məhz qeyd olunanlar hökmün məzmununu, mahiyyətini təşkil edir. Beləliklə, hökmün mahiyyəti onun ədalət mühakiməsinin bu aktı səlahiyyətli orqan – məhkəmə tərəfindən şəxsin təqsirli olub-olmaması, təqsirin sübut edildiyi halda isə cəzanın tətbiqinin zəruriliyi haqqında məsələ üzrə çıxarılmış qərar olmasından ibarətdir. Məhz bu amillər digər prosessual qərarlarla müqayisədə məhkəmə hökmünün xüsusi əhəmiyyət kəsb etdiyini göstərir [17, s. 71].

 

Məqaləni tam oxumaq üçün faylı buradan yükləyin.

Leave A Reply

Registration

Forgotten Password?