GÖMRÜK PROSEDURLARININ SADƏLƏŞDİRİLMƏSİ ÜZRƏ BEYNƏLXALQ HÜQUQ NORMA¬LA¬RI¬ VƏ AZƏRBAYCAN RESPUBLİKASININ GÖMRÜK QANUNVERİCİLİYİ (MÜQAYİSƏLİ TƏHLİL)

İsmayılzadə Mənsurə Ənvər qızı,
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin 2-ci kurs magistrantı
E-mail: [email protected]

 

Azərbaycan Respublikası (bundan sonra –AR) özünün dövlət suverenliyini yenidən əldə edib beynəlxalq hüququn müstəqil subyektinə çevrildikdən sonra qarşısında qoyduğu ən mühüm prioritetlərindən biri də dünya təsərrüfat sisteminə inteqrasiya etmək olmuşdur. Uzun illər boyu təcrid olunmuş və hüquqi tənzimlənmənin ciddi inzibati-amirlik üsul-idarəsinə əsaslanan sistemində fəaliyyət göstərmiş bir respublikanın tez bir za­manda beynəlxalq iqtisadi sistemə adaptasiya olun­ması sözlə ifadə olunacaq dərəcədə asan bir məsələ deyildi. Birincisi, ona görə ki, müs­təqilliyini yeni bərpa etmiş bir dövlətin istər iqtisadi, istərsə də hüquqi baxımdan beynəlxalq birliyə in­teq­rasiyası üçün əl­verişli bir mühit yox idi; ikincisi, təsərrüfat sistemi ciddi tənəzzül dövrünü ya­şa­yırdı və təbii ki, buna stimul verən əsas səbəblərdən biri ölkə ərazisinin 20 faizinin qonşu Er­mə­nis­tan tərəfindən işğal edilməsi, milyonlarla insanın qaçqın və köçkün vəziyyətinə düşməsi, bey­nəl­xalq iqtisadi güclərin yaranmış vəziyyətdən istifadə edərək ölkəmizə qarşı siyasi-iqtisadi bas­qılar etməsi mövcud problemlərin tez bir zamanda aradan qaldırılmasına əngəl törədən hallar idi. Bütün bu çətinliklərə baxmayaraq, ölkəmizin beynəlxalq iqtisadi sistemə inteqrasiyası istiqamə­tin­də əmə­li addımların atılmasına start verilmiş və bu fəaliyyətin bir aspekti də gömrük işi­nin tən­zimlənməsinə həsr edilmişdir. Tədqiqat işlərində haqlı olaraq vurğulandığı kimi gömrük işi­nin təşkili, gömrük fəaliyyəti, gömrük siyasəti, prinsip etibarı ilə, dövlətin iqtisadi təhlükəsizliyinin tə­min olunma­sı­nın əsaslarından biri olmaqla, eyni zamanda bu sferada meydana çıxan göm­rük mü­­nasi­bət­lərinin tənzimlənməsi normativ-hüquqi əsaslara söykənməlidir [15, s. 26-27; 10, s.11].

AR dövlətlərarası sistemin, o cümlədən bu sistemin tərkib hissələrindən biri olan bey­nəl­xalq iqtisadi sistemin fəaliyyətdə olan aktoru ol­maq­la, xarici ticarət-iqtisadi əlaqələr fonunda və ba­zar iqtisadiyyatı şəraitində mal­ların, xidmətlərin, əmlakın, nəqliyyat vasitələrinin ixrac və id­xa­­lına yönəlik gömrük fəaliyyətini həyata keçirir. Bu fəaliyyətin həyata keçirilməsi zamanı məz­mun baxımından mü­əy­yən növ iqtisadi xarakterə malik ictimai münasibətlər əmələ gəlir və təbii ki, bu mü­nasibətlərdən biri də hüquqi tənzimlənməyə ehtiyac duyulan və xarakterindən (təşkilati, nə­zarət, inzibati) asılı olmayan gömrük münasibətləridir. Gömrük münasibətlərinin hüquqi tən­zim­lənməsinə həsr edilmiş hüquq ədəbiyyatında fərqli yanaşmalara toxunmayaraq, onu qeyd edə bilə­rik ki, bu münasibətlər spesifik hüquqi tənzimlənmə xüsusiyyətinə malikdir və buna stimul verən me­yar isə, həmin münasibətlərin “transsərhəd” xarakterə malik olması ilə bağ­­lıdır – (ayırma mənimdir –M.İ.) Yəni gömrük münasibətlərinin hüquqi tənzimlənməsi bütün hallarda dövlətdaxili və beynəlxalq hüquq normalarının qarşılıqlı münasibəti və qarşılıqlı fəa­liy­yəti nəzərə alınmadan mümkün deyil.

 

Məqaləni tam oxumaq üçün faylı endirin. 

Leave A Reply

Registration

Forgotten Password?