ELEKTRON İNZİBATİ İCRAAT VƏ HÜQUQİ ƏSASLARI

Əliyev Sübhan Fərmayıl oğlu,
hüquq elmləri doktoru, prof. Bakı Dövlət Universiteti
Ünvan: Bakı şəhəri, Akademik Zahid Xəlilov küçəsi, 33
E-mail: [email protected]
Məmmədova Zərifə Polad qızı,
Bakı Dövlət Universitetinin doktorantı
E-mail: [email protected]

 

  1. GİRİŞ

“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu inzibati icraatla bağlı yaranan münasibətləri tənzimləyən ümumi qanundur. Bu qanunun qəbulu bu sahədə mövcud problemlərin həllində mühüm rol oynamış, hüquqi başlanğıcları və əsas istiqamətləri əks etdirməklə bütün inzibati orqanlar üçün hüquqi vahidliyi təmin etmişdir. Sözügedən qanun iki əsas məqsədi özündə ehtiva edir ki, bunlar hüququn əsas prinsipi və başlanğıcı sayılan insan hüquq və azadlıqlarının təmin edilməsi və qanunun aliliyidir. Qanunun aliliyi prinsipi inzibati orqanların fəaliyyətinin qanunvericiliyə uyğun həyata keçirilməsini əhatə edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda inzibati icraatın anlayışı, onun aparılması qaydası və əsasları öz əksini tapmışdır. Qanunda inzibati icraatın aparılmasının üç əsası qeyd olunmuşdur ki, bura fiziki və ya hüquqi şəxsin müraciəti, inzibati orqanın təşəbbüsü və inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət daxil edilir. Müasir dövrdə texnologiyanın inkişafı bir çox sahələrə bu və ya digər mənada öz təsirini göstərməklə inzibati icraatdan da yan keçməmişdir. Belə ki, artıq təcrübədə inzibati orqanların elektron fəaliyyətinə başlanılmışdır. Lakin hazırkı qanunvericilikdə bunun tənzimlənməməsi bu məqalənin tədqiqat mövzusunu təşkil edir. Məqalə giriş, 3 paraqraf və nəticə hissədən ibarət olmaqla, inzibati icraatın aparılmasının əsasları və qaydaları öz əksini tapmışdır.

 

  1. İNZİBATİ İCRAATIN ANLAYIŞI VƏ MAHİYYƏTİ

İngilis dilində «administration», rus dilində «администрация» kimi ifadə olunan, Azərbaycan dilində də ümumi mənada «idarə» kimi tərcümə edilən anlayışdan dövlət və cəmiyyət idarəetməsi kimi iki mənada istifadə olunur. Administrasiya (idarə) öncə dövlətin müəyyən növ orqan və qurumlarını ifadə edir, bunlar haqqında qanunvericilik («İnzibati icraat haqqında» Qanun) “inzibati orqanlar” terminindən istifadə edir [1, s. 5].

 

Məqaləni tam oxumaq üçün faylı buradan yükləyin.

Leave A Reply

Registration

Forgotten Password?