DÖVLƏT İDARƏÇİLİYİNDƏ NƏZARƏT MÜNASİBƏTLƏRİNİN STRUKTURU VƏ ƏSAS ELEMENTLƏRİ

Sarıyeva Aynel Əlövsət qızı,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasınını magistrantı
E-mail: [email protected]

Müasir cəmiyyətdə dövlətin yerinə yetirdiyi funksiyaların, dövlət idarəçiliyinin qarşısında dayanan məqsəd və vəzifələrin dairəsinin genişlənməsindən bəhs edərkən, ilk növbədə, ölkədə qanunçuluğun və hüquq qaydasının təmin edilməsi, şəxsiyyətin hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində vəzifələrin xüsusi çəkisinin artmasını qeyd etmək lazımdır. Bütün bunlar isə dövlətin həyata keçirdiyi idarəetmə fəaliyyəti vasitəsilə realizə olunur. Dövlətin idarəçilik fəaliyyətini vacib edən mühüm cəhətlərindən biri onun digər sosial idarəçilik növlərinin fövqündə dayanması, özünəməxsus üsul və vasitələrdən istifadə etməsidir. Sonuncu məqam dövlət hakimiyyətinin üstünlüklərini göstərməklə yanaşı, onun insan hüquq və azadlıqları üçün həssaslığını da göstərir. Yəni müasir demokratik, hüquqi dövlətçilik prinsiplərinə əsasən cəmiyyət üçün təkcə səriştəli deyil, həm də səmərəli və məsuliyyətli idarəçilər zəruridir. Bu isə, öz növbəsində, siyasi və inzibati idarəetmədə məsuliyyət və nəzarət institutlarının mövcudluğunu, onların daim təkmilləşdirilməsini vacib edir.

DOI: 10.30546/2218-9130. 02.352.2024.36

Məqaləni tam oxumaq üçün faylı endirin. 

Leave A Reply

Registration

Forgotten Password?