DÖVLƏT BÜDCƏSİNİN FORMALAŞMASINDA VERGİLƏRİN ROLU

Nuri Bəsti Qurban qızı,
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki prosessual və kommersiya hüququ
kafedrasının “Mülki və təsərrüfat hüququ” ixtisaslaşması üzrə II kurs magistrantı
E-mail: [email protected]

 

Azərbaycan Respublikası Konstitusiyasının 15-ci maddəsinin II hissəsinə əsasən, “Azərbaycan dövləti bazar münasibətləri əsasında sosial yönümlü iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir” [4].

Kapitalizmin hakim olduğu ölkələrdə dövlət büdcəsi bazar iqtisadiyyatı əsasında formalaşır. Bazar iqtisadiyyatı əmtəə mübadiləsinə əsaslanan iqtisadi mexanizmdir. Bazar iqtisadiyyatına əsaslanan dövlətlərdə onların maliyyə mexanizmləri də fərqlənməkdədir.

Hüquq üzrə fəlsəfə doktoru A.Q.Mirzəyeva qeyd edir ki, dövlətin öz vəzifə və funksiyalarını həyata keçirməsi üçün tətbiq etdiyi iqtisadi mexanizm maliyyədir [6, s. 11].

Bu maliyyə mexanizmlərindən ən başlıcası büdcədir. Dövlət büdcəsi yalnız müasir dövrdə deyil, eyni zamanda təşəkkül tapmış ilk dövlətlərin idarəetməsində də əsas rol oynamışdır. Təsadüfi deyil ki, minilliklər boyunca başqa bir dövləti özünə tabe hala salmaq üçün onun xəzinəsini ələ keçirmək lazım gəlirdi. Bu isə bir dövlətin idarə edilməsində xəzinənin, bir sözlə, büdcənin necə əhəmiyyətli vasitə olduğunu göstərməkdədir.

Büdcə ona daxil olan gəlirlər hesabına formalaşan və dövlətin məqsədyönlü fəaliyyəti istiqamətində ayrılan vəsaitlərdən istifadəni nəzərdə tutan maliyyə sənədidir.

“Büdcə – Azərbaycan Respublikasının müvafiq dövlət hakimiyyəti və özünüidarəetmə orqanları vasitəsilə dövlətə və bələdiyyələrə məxsus vəzifə və funksiyaları yerinə yetirmək üçün lazım olan pul vəsaitinin yığılması və istifadə olunması üçün əsas maliyyə sənədidir” [2].

Dövlət büdcəsi iki hissədən ibarətdir:

  1. Dövlət büdcəsinin gəlirləri;
  2. Dövlət büdcəsinin xərcləri.

Dövlət büdcəsinin gəlirləri onu formalaşdırdığı halda, xərcləri dövlətin hansı istiqamətlərdə məqsədyönlü istifadəsini nəzərdə tutur.

“Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.11-ci maddəsinə əsasən, “büdcə gəlirləriAzərbaycan Respublikasının, Naxçıvan Muxtar Respublikasının və yerli özünüidarəetmə orqanlarının müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydada dövlət büdcəsinə, Naxçıvan Muxtar Respublikasının büdcəsinə və yerli büdcələrə daxil olan vergilər, rüsumlar, digər ödənişlər və daxilolmalar”, eyni qanunun 1.1.12-ci maddəsinə əsasən isə “büdcə xərcləri – büdcə təsnifatına uyğun olaraq dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və yerli büdcələrdən qanunvericiliklə nəzərdə tutulan tələbatı ödəmək üçün ayrılan vəsait” hesab olunur [1].

Göründüyü kimi, vergilər büdcənin əsasını təşkil edən gəlir mənbələrindən biri olduğu üçün bu təsnifatda 1-ci qrupa daxildir.

 

Məqaləni tam oxumaq üçün faylı buradan yükləyin.

Leave A Reply

Registration

Forgotten Password?