Dini ekstremizmə qarşı cinayət-hüquqi mübarizə və onun profilaktikasının bəzi məsələləri

Əkbərova Fidan Anar qızı,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının
2-ci kurs magistrantı
E-mail: [email protected]

 

“Dini ekstremizmə qarşı mübarizə haqqında” 4 dekabr 2015-ci il tarixli Azərbaycan Respublikası Qanununa müvafiq olaraq dini ekstremizm (dini ekstremist fəaliyyət) dedikdə dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində Azərbaycan Respublikasının konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına, yaxud hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlərin törədilməsi, qanunsuz silahlı birləşmələrin və ya qrupların yaradılması, həmin birləşmə və ya qruplarda iştirak edilməsi; terror fəaliyyətinin həyata keçirilməsi; Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak edilməsi; milli, sosial və ya dini nifrətin salınması, milli ləyaqətin alçaldılması, milli, irqi, sosial və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlərin törədilməsi; şəxsin hər hansı dinə (dini cərəyana) etiqad etməyə, o cümlədən dini ayin və mərasimləri yerinə yetirməyə və ya dini ayin və mərasimlərdə iştirak etməyə, habelə dini təhsil almağa məcbur edilməsi; bu Qanunun 1.0.1.1 – 1.0.1.5-ci maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsinə açıq çağırışların edilməsi; dini ekstremist materialların, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialların hazırlanması, saxlanması və ya yayılması və dini ekstremizmin maliyyələşdirilməsi başa düşülür.

DOI: 10.30546/2218-9130. 02.352.2024.44

Məqaləni tam oxumaq üçün faylı endirin. 

Leave A Reply

Registration

Forgotten Password?