CİNAYƏT QANUNVERİCİLİYİNDƏ “KÖMƏK GÖSTƏRMƏMƏ” PASSİV DAVRANIŞIN TƏZAHÜRÜ KİMİ

Qədimov Vüqar Anar oğlu,
Bakı Dövlət Universitetinin Cinayət hüququ və kriminologiya kafedrasının doktorantı
E-mail: [email protected]

 

Passiv davranışın təzahürü kimi “kömək göstərməmə” hərəkətsizliyin strukturuna daxil olduğundan onun xüsusiyyətlərinin təhlili öncəliklə hərəkətsizliyin elmi kateqoriya kimi xülasə tədqiqini şərtləndirir. Belə ki, hərəkətsizliklə törədilən cinayətlərin cinayət hüquq elmində daim müzakirə predmeti olması, onların təzahür forması kimi “kömək göstərməmə”yə də sirayət etdiyindən bu fenomelərin cinayət-hüquqi aspektdən dərindən təhlilinə böyük ehtiyac vardır.

Fəlsəfi ədəbiyyatlarda əksər hallarda hərəkətsizlik hərəkət haqqında təlim ilə müqayisə edilərək öyrənilir. Belə ki, hərəkət fasiləliklə fasiləsizliyin vəhdəti və daxili ziddiyyəti kimi qiymətləndirilir və hərəkətsizlik halı istisna edilir. Hətta fiziki səviyyədəki sükunət halına hərəkətliliyin ifadəsi kimi yanaşılır [9, s. 130]. Yəni sabit görünən hər bir obyektin ilkin elementar səviyyədə hərəkətliliyi irəli sürülür. Lakin aydın məsələdir ki, fəlsəfi fikir tarixində bu məsələyə münasibətdə müxtəlif fəlsəfi cərəyanların biliciləri öz fərqli mövqelərini ortaya qoymuşdurlar.

Hərəkətsizlik ictimai təhlükəli əməlin təzahür forması kimi heç də cəmiyyət tərəfindən qeyri-hüquqi davranış şəklində birmənalı qarşılanmır. Kriminologiya elmində hərəkətsizliklə törədilən hüquqpozmalara görə məsuliyyətin qəbul edilməsilə bağlı ziddiyyətli yanaşmalar bütün qeyd edilənlərlə birgə bu və ya digər formada hərəkətsizliklə törədilən cinayət əməllərinin zərərçəkmiş şəxslər tərəfindən cinayət kimi qəbul edilməməsinə və buna görə də hüquq mühafizə orqanlarının diqqətinə çatdırılmamasına, habelə çatdırılsa da, açılmayan cinayətlər kimi qalmasına səbəb olur. Cinayət əməlinin hüquq mühafizə orqanları tərəfindən vaxtında təqib edilməməsi, habelə törədilmiş əməlin sübuta yetirilmə imkanının itirilməsi bu əməllərin latentliyini artırır. Bu isə cinayət təqibi sahəsində səmərəsizliyə və geniş mənada konstitusion hüquq pozuntusuna səbəb ola bilər. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 68-ci maddəsinə uyğun olaraq, cinayət, … nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur [1, m. 68]. Latent cinayətkarlığın kriminoloji təsnifatında isə hərəkətsizliklə törədilən cinayətlər böyük çoxluqda təbii latentlik (hüquq mühafizə orqanlarına məlum olmayan cinayətlər) qrupuna aid edilə bilər [8, s. 20].

 

Məqaləni tam oxumaq üçün faylı endirin. 

Leave A Reply

Registration

Forgotten Password?