CİNAYƏT PROSESİNDƏ, XÜSUSİ İLƏ DƏ SÜBUTETMƏ MƏSƏLƏLƏRİNDƏ TEXNOLOJİ İNNOVASİYALAR: ÇAĞIRIŞLAR VƏ YENİLİKLƏR

Abbasova Firuzə Məmməd qızı,

Bakı Dövlət Universitetinin  Cinayət prosesi kafedrasının müdiri, hüquq elmləri doktoru, professor

Xəlilzadə Fərid Rasim oğlu,

Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət prosesi kafedrasının doktorantı

E-mail: [email protected]

Hazırda cinayət prosesi nəzəriyyəsi və təcrübəsində müasir texnologiyanın rolu aktual mövzulardandır. Müasir, xüsusən də süni intellekt texnologiyaları sübutların toplanması, işlənməsi, təhlili, habelə cinayət təhqiqatının və məhkəmə proseslərinin səmərəliliyinin və şəffaflığının artırılması kontekstində getdikcə daha mühüm əhəmiyyət kəsb edir. Yeni texnologiyaların istifadə perspektivlərinin təhlili əsasında cinayət prosesinin gələcək inkişafını müəyyən edərkən onların inkişaf dinamikasını, habelə sübutlar nəzəriyyəsi, onun qanunvericilik aspektləri və mövcud şəraitə uyğun praktiki məsələlərini nəzərə almaq lazımdır.

Əvvəla, qeyd etmək mümkündür ki, cinayət prosesində müasir texnoloji vasitələrin ən çox təsir göstərdiyi problem məhz sübutlardır. Odur ki, bu texnoloji vasitələrdən istifadə edərkən insan hüquq və azadlıqlarına, qanunvericiliyin tələblərinə riayət edilməsi, hüququn təməl konsepsiyalarına uyğunluq məsələləri kimi həlli vacib olan problemlər diqqəti çəkir.

Xüsusilə, “Süni intellekt”in ictimai münasibətlərə yeni xüsusiyyətlər gətirməsi nəzərdə saxlanmalı, ondan hüquq tətbiqetmədə istifadə edilərkən subyektlərin iradə azadlığı, sübutların qiymətləndirilməsinin meyarları, qəbul edilən qərarların ədalətliliyi məsələləri diqqətdən yayınmamalıdır.

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində bir sıra texnoloji innovasiyaların tətbiqi təsbit olunur. Onlardan istifadənin təkmilləşdirilməsi üçün isə hazırlıqlı kadrların olması da zəruridir.

Əlavə olaraq, bu məqalədə cinayət prosesində, xüsusilə də sübutetmədə müasir texnoloji yeniliklərə aid tendensiyalar araşdırılır.

Daha ətraflı buradan oxuyun:

 

Leave A Reply

Registration

Forgotten Password?