CİNAYƏT PROSESİNDƏ İŞTİRAKÇILARIN HÜQUQLARININ VƏ QANUNİ MƏNAFELƏRİNİN MÜDAFİƏSİ, ONLARIN TƏHLÜKƏSİZLİYİNİN TƏMİN EDİLMƏSİ

Zülfüqarlı Lamiyə Yaşar qızı,
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin “Cinayət hüququ, cinayət prosesi,
kriminalistika və məhkəmə ekspertizası” ixtisaslaşması üzrə magistrantı
E-mail: [email protected]

 

Cinayət əməlinin sosial təhlükəliliyi, cinayət törətmiş şəxsin və ya işdə maraqlı olan digər şəxslərin cinayətkar psixologiyası, cinayətin təşkilinin xüsusiyyətləri, habelə cinayət prosesinin gedişində ortaya çıxan bəzi məsələlər cinayət törədildikdən sonra cinayət prosesinin iştirakçılarına və onların yaxın qohumlarına qarşı qeyri-qanuni təsir göstərilməsi ilə nəticələnə bilir. Belə ki, mütəşəkkil cinayətkarlıq xüsusi sosial təhlükəliliyi və cəmiyyətə vurduğu ziyanla səciyyələnir. Bu kimi hallara qarşı adekvat mübarizə yalnız ədalət mühakiməsinin həyata keçirilməsinə bu və ya digər şəkildə töhfə verən və ya cinayət prosesində iştirak edən şəxslərin müdafiəsinin və cinayət prosesində təhlükəsiz iştirakının hərtərəfli və məhsuldar təmin edilməsi ilə aparıla bilər. Bu isə cinayətlərin ibtidai istintaqının səmərəli aparılması və cinayət işinə məhkəmə tərəfindən sonradan müvəffəqiyyətlə baxılması üçün mühüm şərtdir.

Məhz bu məqsədlə dövlət cinayət prosesinin iştirakçılarının təhlükəsizliyini təmin etmək məqsədi ilə bir sıra təhlükəsizlik tədbirlərinin tətbiqini həyata keçirir.  Bu cür təhlükəsizlik tədbirləri həm zərərçəkmiş şəxslər və şahidlər barəsində, həm də cinayət prosesinin digər iştirakçıları barəsində tətbiq edilə bilər. Cinayət prosesinin iştirakçılarına qarşı ifadələrini dəyişdirmək və ya ondan imtina etmək üçün çox vaxt fiziki və psixoloji təsir üsul və vasitələrindən istifadə olunur. Bunun nəticəsində də zərərçəkmişlər və şahidlər cinayət prosesində iştirakdan imtina edir və yayınır. Bu baxımdan cinayət prosesi iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi üçün yeni prosessual mexanizmlərin gələcək inkişafı və tətbiqi ciddi elmi-praktiki araşdırma tələb edir.

 

Məqaləni tam oxumaq üçün faylı endirin. 

Leave A Reply

Registration

Forgotten Password?