BEYNƏLXALQ TURİZM HÜQUQU MÜSTƏQİL HÜQUQ İNSTİTUTU KİMİ

Əliyeva Nuray Faiq qızı,
Bakı Dövlət Universitetinin “İnsan hüquqları və informasiya hüququ” YUNESKO kafedrasının
“Turizm hüququ”ixtisası üzrə magistrantı
E-mail: [email protected]

Son zamanlar turizm dünyanın ən böyük iqtisadi sektoru olmuşdur, iş yerlərinin yaradılmasının və vergi gəlirlərinin ən mühüm generatorlarından biridir. Həmçinin sənayeləşmiş və inkişaf etməkdə olan ölkələr üçün çox qiymətli gəlir mənbəyidir. Turizm beynəlxalq münasibətlərdə mühüm yer tutur: planetdə 7 milyard insandan hər il təxminən 1 milyard turist xarici ölkələrə səfər edir. Dövlətlər turizmin qlobal siyasi və iqtisadi amillərə təsirini və əhəmiyyətini qəbul edərək, turizm sferasında olan  maneələri azaldırlar.

Turizmin xidmət sənayesi kimi çiçəklənməyə başladığı ölkələrdə o, milli inkişafa dərin iqtisadi və sosial təsir  göstərməyə başladı. Belə ki, məsələn, son üç onillikdə dünyada turistlərin sayı təxminən 4 dəfə, turizmdən əldə edilən gəlir isə 25 dəfədən çox artmışdır. Eyni zamanda, turizm müasir qloballaşma proseslərinin tərkib hissəsidir. YUNESKO turizmi mədəni və humanitar inkişafın əsas amilləri kimi tanıyır, sülh və “mədəniyyətlər arasında dialoq” vasitəsilə xalqların yaxınlaşmasına öz töhfəsini verir.

Beynəlxalq arenada hazırda turizm sənayesinin sürətli inkişafı tendensiyası müşahidə olunur,  eləcə də turizm əlaqələrinin ümumi inkişafı turizm sektorunun hüquqi tənzimlənməsinə ehtiyac duyur. Burada artıq beynəlxalq turizm hüququnun müstəqil hüquq institutu kimi formalaşmasından danışmaq olar.

Beynəlxalq turizm hüququ turizm və beynəlxalq səyahətlər sahəsində dövlətlərin mədəni və mənəvi, insanın geniş ehtiyaclarını ödəmək üçün fəaliyyətini tənzimləyən prinsiplər və normalar toplusudur.

Beynəlxalq turizm hüququ institutunun predmeti regionda olan beynəlxalq və milli təşkilatların tərəfdaşlığı və əməkdaşlığı çərçivəsində olan münasibətlərdir.

Beynəlxalq turizm hüququ institutunun subyektləri dövlətlər və beynəlxalq təşkilatlardır. Bu hüququn məzmununun həyata keçirilməsi üçün dövlətlər arasında hüquqi münasibətlərin olması vacib şərtdir, hansı ki, turizm məhsulu və turist tələbi malları, yaşayış, yemək, nəqliyyat, rabitə və istirahət xidmətlərini turizm hüququnun tərkibində cəmləşdirir  [9].

Bildiyimiz kimi, beynəlxalq hüququn hüquqi tənzimləmə predmetini onun təsir etdiyi əlaqələr təşkil edir. Hüququn metodları da  predmeti ilə yanaşı olaraq ümumi hüquq nəzəriyyəsində differensialaşmanın əsası kimi qəbul edilir və müstəqil hüquq sahələrinə bölünür. Ona görə də turizm sahəsində dövlətlər arası münasibətləri araşdırmaq lazımdır ki, onun müstəqil hüquq  subyekti olub- olmadığını öyrənmək üçün.

Beynəlxalq turizm əlaqələrinin özü də mürəkkəb bir struktura malikdir, onlar aşağıdakılardan ibarətdir:

– beynəlxalq ictimai hüquq normaları ilə tənzimlənən münasibətlər;

– əcnəbi hüquqi şəxslərin iştirak etdiyi münasibətlər öz növbəsində beynəlxalq xüsusi hüquq normaları ilə tənzimlənir;

– turist mübadiləsindən irəli gələn münasibətlər tək üzv dövlətlərindən birinin ərazisi və hüquqi tənzimləməsi ilə məhdudlaşmır, bu məsələlərin beynəlxalq səviyyədə həllini təmin edir [4].

 

Məqaləni tam oxumaq üçün faylı endirin. 

Leave A Reply

Registration

Forgotten Password?