BEYNƏLXALQ TƏŞKİLATLARIN HÜQUQİ STATUSU MƏSƏLƏSİ

Əhədzadə Firdovsi Hüseyn oğlu,

Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Beynəlxalq hüquq kafedrasının “Beynəlxalq hüquq” ixtisası üzrə magistrantı

E-mail: [email protected]

 

20-ci əsrin sonu və 21-ci əsrin əvvəllərindən etibarən beynəlxalq arenada beynəlxalq hökumətlərarası təşkilatların sayının artmağa başlaması ilə bərabər onların beynəlxalq hüquqdakı əhəmiyyəti də xüsusilə önəm kəsb etməyə başladı. Çox vaxt həmin beynəlxalq hökumətlərarası təşkilatlar müxtəlif qitələrdəki ölkələr üçün demokratik davranışın yaradılmasında və ya tanınmasında, beynəlxalq siyasi və hərbi mühitin təmin edilməsində (müdafiə xarakterli hərbi profilli təşkilatlar), beynəlxalq terrorizmlə mübarizədə, insan hüquqlarının müdafiəsində, humanitar hüquq sahəsi və bütün dünyada sülhü qorumaq və demokratiyanı yaymaq, habelə insan hüquqlarına və fərdi azadlıqlara hörmət etmək üçün dövlətlərin birgə əməkdaşlığı və davamlı səylərinin tələb olunduğu digər çoxsaylı sahələri əhatə edirlər. Buna görə də XXI əsrin əvvəllərindən etibarən beynəlxalq hüququn müxtəlif aspektlərinə bu və ya digər şəkildə təsir göstərən, beynəlxalq və ya regional siyasi və hüquqi mühitlərdə fərdilik və səmərəlilik nümayiş etdirən beynəlxalq hüquqi təşkilatların əhəmiyyətin və hüquqi statusunun araşdırılmasını başa düşmək vacibdir.

20 dekabr 1996-cı ildə Birləşmiş Millətlər Təşkilatının keçmiş Baş Katibi Butros Butros-Qali “Demokratikləşmə Gündəliyi” adlı məruzə ilə çıxış edərək bildirmişdi ki, beynəlxalq münasibətlər “yalnız dövlətlərin özləri tərəfindən deyil, həm də “beynəlxalq” arenada qeyri-dövlət subyektlərinin sayının artması ilə daha çox formalaşır [2]. Bundan əlavə, “Piyada əleyhinə minaların istifadəsi, yığılması, istehsalı və ötürülməsinin qadağan edilməsi və onların məhv edilməsi” haqqında 18 sentyabr Konvensiyasının iştirakçısı olan dövlətlər, 1997-ci ildə qəbul olunmuş “Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı, Minaların Qadağası üzrə Beynəlxalq Kampaniya və bütün dünyada çoxsaylı digər qeyri-hökumət təşkilatları tərəfindən görülən səyləri” tanıdılar. [3]. Bundan əlavə, 20 may 1998-ci il tarixli son bəyanatda, Syerra-Leonedəki vəziyyətlə bağlı Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının sədri Təhlükəsizlik Şurasının bu ölkədə beynəlxalq səviyyədə nəzarət edilən sülh prosesində “… qeyri-hökumət təşkilatlarının oynadığı mühüm rolu” açıq şəkildə tanımışdı [10]. Bu kimi nümunələr müasir beynəlxalq sistemin mühüm aspektini, qeyri-hökumət təşkilatlarının (QHT-lərin) beynəlxalq aləmdə artan təsirini vurğulayır.

Jean Kombakoya görə, beynəlxalq təşkilatların müxtəlifliyi və sayının artması səbəbindən beynəlxalq hökumətlərarası təşkilatların ümumi elementlərini özündə birləşdirəcək ümumi tərif yalnız nəzəri xüsusiyyətə malik olardı [5, s. 694]. Onun fikrincə, beynəlxalq təşkilat “ümumiyyətlə çoxtərəfli konvensiya əsasında yaradılan dövlətlərdən ibarət daimi məqsədə malik olan, özünəməxsus orqanlara və səlahiyyətlərə malik olan qrup” kimi müəyyən edilir. Bu tərifə görə, beynəlxalq təşkilatlar “spesifiklik prinsipi”nə əsaslanır: beləliklə, beynəlxalq təşkilatların “instrumental və ya funksional xüsusiyyətlərinə görə dövlətlərarası müqavilə əsasında onların hər birinə konkret vəzifələr verilir. Beynəlxalq təşkilatlar onları təsis edən dövlətlərin iradəsi ilə “kollegial orqanların fəaliyyətini təmin edən” öz kadrlarına malikdirlər; onlar həmçinin “dövlət maliyyələşdirməsinə və ola bilsin ki, beynəlxalq hüquqi statusa malikdirlər, təsis aktının müddəalarına uyğun olaraq hüquqi və ya funksional fəaliyyətlərini həyata keçirirlər”.

 

Məqaləni tam oxumaq üçün faylı buradan yükləyin.

Leave A Reply

Registration

Forgotten Password?