BEYNƏLXALQ NORMALARA DAXİL EDİLMİŞ HÜQUQ VƏ AZADLIQLAR

Əhmədova Aysel İsbəndiyar qızı,
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin İnsan hüquqları və informasiya hüququ UNESCO
kafedrasının “İnsan hüquqları” ixtisası üzrə II kurs magistrantı
E-mail: [email protected]

GİRİŞ

İnsan hüquqlarının beynəlxalq hüquqi standartları mürəkkəb institutdur. Bu, eyni zamanda, şəxsiyyətin əsas hüquq və azadlıqlarının siyahısı və onların həyata keçirilməsi mexanizmi, dövlətlərin onları təmin etmək üzrə vəzifələridir. Fərdi hüquq və azadlıqların beynəlxalq hüquqi standartları həm universal, həm də regional xarakter daşıya bilər və regional standartlar çox vaxt universal standartlardan daha genişdir.

Beynəlxalq sənədlərin müddəaları (1984-cü ildə qəbul edilmiş Xalqların Sülh hüququ haqqında Bəyannamə, 1986-cı ildə qəbul edilmiş İnkişaf hüququ haqqında Bəyannamə) insan hüquqlarının siyahısının açıq, tam olmayan və davam etdirilə biləcəyini göstərir.

Beynəlxalq insan hüquqları sənədləri sistemi müxtəlif nəsillərin insan və vətəndaş hüquqlarını özündə birləşdirən bir sıra aktlardan ibarətdir.

Bu aktlar dövlətlərarası səviyyədə qəbul edilir və onları imzalamış dövlətlər üçün məcburidir. Bəzi aktlar onları qəbul etmiş beynəlxalq təşkilatlara üzv dövlətlər üçün məcburidir. Beynəlxalq aktlar həm Yer kürəsinin bütün ərazisində, həm də onun ayrı-ayrı bölgələrində, məsələn, Afrikada və ya Avropada etibarlı ola bilər.

Afrika Birliyi Təşkilatının Konvensiyasına daxil edilən hüquq və azadlıqlar

Afrika qitəsində insan hüquqlarının müdafiəsi ideyasının ilk çiçəklənməsi 1963-cü ildə Afrika Birliyi Təşkilatının (AAU) yaradılması ilə başladı. Birliyin yaradılması, şübhəsiz ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 1960-cı il dekabrın 14-də qəbul edilmiş “Müstəmləkə ölkələrinin və xalqlarının müstəqilliyi haqqında Bəyannamə” ilə sıx bağlıdır. Əsrlər boyu müstəmləkə torpaqları kimi idarə olunan Afrika ölkələrində insan haqları ilə bağlı məlumatlılığın artırılması üçün ilk növbədə müstəqillik əldə edilməlidir. Bəyannamənin maddələri ilə AAU-nu yaradan sazişin maddələri arasındakı oxşarlıq da bu əlaqəni gözə çarpdırır. Bəyannamənin 1-ci maddəsinə görə: “Xalqların yad hökmranlığına və istismarına tabe edilməsi əsas hüquqların inkarıdır”. Eyni şəkildə, AAU Konvensiyasının həm preambulasında, həm də məqsədlərində müstəmləkəçiliyin bütün formalarına qarşı mübarizə aparılacağı, BMT Konvensiyasında və Ümumdünya insan hüquqları Bəyannaməsində əksini tapmış prinsiplərin qəbul ediləcəyi bildirilir. AAU-nun əsas məqsədinin müstəmləkəçiliyin qarşısını almaq olduğu və insan hüquqlarına üstünlük vermədiyi bildirilsə də, bu təşkilatın insan hüquqlarının müdafiəsi mexanizmləri yolunda ilk addım olduğunu söyləmək mümkündür. Bu konvensiya bugünkü Afrika insan hüquqları sisteminin əsasını təşkil edir.

 

Məqaləni tam oxumaq üçün faylı buradan yükləyin.

Leave A Reply

Registration

Forgotten Password?