BEYNƏLXALQ İQTİSADİ HÜQUQDA DÖVLƏTLƏRİN İQTİSADİ İNKİŞAF STATUSUNUN TƏSNİFATLANDIRILMASI ZƏRURƏTİ

Səfərov Yılmaz Seyfəddin oğlu,
Bakı Dövlət Universiteti Hüquq fakültəsinin «Beynəlxalq iqtisadi hüquq» ixtisası üzrə
2-ci kurs magistrantı
E-mail: [email protected]

Beynəlxalq iqtisadi hüquqda, xüsusilə də, Dünya Ticarət Təşkilatı hüququ çərçivəsində dövlətin iqtisadi inkişaf statusu onun ümumi beynəlxalq hüquqi statusu ilə birbaşa bağlıdır. Əgər beynəlxalq hüququn digər yarım sahələrində dövlətlərarası münasibətlərin əsası kimi BMT Nizamnaməsinin 2-ci maddəsində ifadə edilən “dövlətlərin suveren bərabərliyi” prinsipi üzrə formal bərabərlik çıxış edirsə, beynəlxalq iqtisadi hüquqda suverenlik müəyyən qədər nisbi xarakter daşıyır. Bu nisbilik müxtəlif iqtisadi, sosial və siyasi tendensiyalarla əlaqəlidir. Dövlətin özlərinə məxsus sosial-iqtisadi və siyasi inkişaf vəziyyətinin, dünya iqtisadi sistemində iştirak imkanın nəzərə alınması son nəticədə qlobal iqtisadi təhlükəsizliyin təmini üçün xüsusi əhəmiyyət kəsb edir.

DOI: 10.30546/2218-9130. 02.352.2024.31

Məqaləni tam oxumaq üçün faylı endirin. 

Leave A Reply

Registration

Forgotten Password?