Səfərli Səfər Ədalət oğlu,
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin doktorantı,
İqtisadi Zonaların İnkişafı Agentliyinin baş mütəxəssisi
E-mail: [email protected]
+994517528810
Silahlı münaqişə dövründə xarici investisiyaların qorunması mövzusu son dövrlərdə əhəmiyyətli dərəcədə diqqət cəlb edir. Rusiya-Ukrayna, Azərbaycan-Ermənistan və digər silahlı münaqişələrin, o cümlədən bu növ münaqişələrdən qaynaqlanan beynəlxalq investisiya mübahisələrinin fonunda sözügedən mövzuda həm akademik [1, s. 117], həm də praktiki səviyyədə müzakirələr artmaqdadır. Belə ki, silahlı münaqişələr dövründə beynəlxalq investisiya sazişlərinin qüvvəsi, həmin sazişlərdə silahlı münaqişə dövrünə aid edilən xüsusi şərtlərin tətbiqi əsas müzakirə mövzularındandır. Bu tip investisiya mübahisələrində bir çox hallarda xarici investorlar tərəfindən beynəlxalq investisiya sazişlərində qeyd olunmuş “silahlı münaqişə bəndlərinə” (məqalə üzrə “silahlı münaqişə”, “münaqişə” ifadələri mətndən ayrı qayda irəli gəlmirsə, tərəflərin hər birinin suveren dövlət olub-olmamasından asılı olmayaraq, silahlı zorakılıqla müşayiət olunan fövqəladə vəziyyət mənasını ehtiva edir) əsaslanmaqla zərərə görə kompensasiya tələbləri irəli sürülür.
Bu məqalənin məqsədi beynəlxalq investisiya sazişlərində nəzərdə tutulan, silahlı münaqişə və post-münaqişə dövründə xarici investorlarla investisiya qəbul edən dövlət arasındakı əlaqəli münasibətləri tənzimləyən silahlı münaqişə bəndlərinin növlərini təhlil etmək, onların tətbiq dairəsini və əsas fərqlərini araşdırmaqdan ibarətdir.
İnvestisiya sazişlərində silahlı münaqişə bəndləri
Beynəlxalq investisiya sazişlərində fövqəladə vəziyyətlərə münasibətdə adətən müxtəlif növ bəndlər nəzərdə tutulur ki, silahlı münaqişə, tam müdafiə və təhlükəsizlik bəndləri bu qəbildəndir [2, s. 701]. Qeyd olunan bəndlər içərisində silahlı münaqişə bəndləri isə spesifik olaraq müharibə və digər silahlı münaqişə dövründə xarici investora dəymiş zərərlə bağlı məsələləri, əsasən investisiya qəbul edən dövlətin öhdəliklərini tənzimləyir [1, s. 139].
Daha ətraflı buradan oxuyun: