Beynəlxalq miqrasiya və insan hüquqları problemi

Zeynalova-Sultanova Natəvan Azər qızı,
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin doktorantı
E-mail: [email protected]

İnsan hüquqlarının müdafiəsi kontekstində beynəlxalq miqrasiyanın hüquqi tənzimlənməsi müasir beynəlxalq miqrasiya hüququnun həm nəzəri, həm də praktiki məsələlərindəndir. Ona görə də bu mövzunun müasir beynəlxalq hüququn həm insan hüquqları sahəsi, həm də beynəlxalq miqrasiya hüququ alt sahəsi çərçivəsində təhlil edilməsini məqsədəmüvafiq hesab edirik. Professor N. N. Zinçenko yazır ki, beynəlxalq hüququn yeni alt sahəsi olan beynəlxalq miqrasiya hüququnun formalaşması müasir şəraitdə əhalinin xarici miqrasiyası ilə bağlı beynəlxalq vəziyyətin inkişafından, habelə beynəlxalq hüquq elminin vəziyyətindən, onun sahələri,
institutları, prinsipləri və standartları haqqında baxış və konseptual fikirlərdən asılıdır [5, s. 10].

Bu mənada hesab edirik ki, beynəlxalq miqrasiya məsələlərinin inkişafı beynəlxalq hüququn müstəqil sahəsi olan insan hüquqlarının inkişafı ilə sıx bağlıdır. Professor Ə.Əliyevin də yazdığı kimi, əhali və miqrasiya problemlərinin, o cümlədən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin statusunun beynəlxalq-hüquqi tənzimlənməsini əsaslandıran əsas amillərdən biri məhz insan hüquqları amilidir. “Bu, bir tərəfdən, dövlətdaxili hüquq normalarının beynəlxalq hüquq normalarına uyğunlaşdırılması ilə bağlıdırsa, digər tərəfdən, beynəlxalq münasibətlərdə beynəlxalq hüququn artan rolu ilə əlaqədardır”
[2, s. 484].

 

DOI: 10.30546/2218-9130. 02.352.2024.06

Məqaləni tam oxumaq üçün faylı endirin. 

Leave A Reply

Registration

Forgotten Password?