AZƏRBAYCAN VƏ ALMANİYA MÜLKİ PROSESSUAL HÜQUQUNDA MÜVƏQQƏTİ TƏMİNAT TƏDBİRLƏRİNİN TƏTBİQİ MƏQSƏDLƏRİ

Məmmədova Xəyalə Əli qızı,
Bakı Dövlət Universitetinin Mülki proses və kommersiya hüququ kafedrasının əyani doktorantı
E-mail: [email protected]

 

Müvəqqəti təminat tədbiri institutu ədalət mühakiməsinin həyata keçirilməsinin mühüm hüquqi vasitələrindən biridir. Avropa Məhkəməsi dəfələrlə vurğulamışdır ki, Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi ilə təminat verilən məhkəməyə müraciət etmək hüququ məcburi qüvvəyə malik yekun məhkəmə qərarının icra edilməsi hüququnu da özündə ehtiva edir. Əks halda iddiaçının öz hüquqlarını qorumaq üçün müraciət etdiyi mülki işlər üzrə ədalət mühakiməsinin mahiyyəti təhrif edilir, hüquq, azadlıq və qanunla qorunan mənafelərin müdafiəsi məqsədinə nail olunmur. Bu da konstitusion prinsiplər ilə bir araya sığmır. Ədalətin və tam məhkəmə müdafiəsinin təmin edilməməsi məhkəmə hakimiyyətinin nüfuzuna mənfi təsir göstərir və hüquqi vasitələrin effektivliyinə şübhələr yaradır. İddia üçün təminat gələcək məhkəmə qərarının icrasını təmin etmək məqsədi daşıyır. Müvəqqəti təminat tədbiri mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbirdir. Məhkəmə tərəfindən müvəqqəti tədbirlərin tətbiqinin məqsədləri mülki prosessual qanunvericiliklə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.5-ci maddəsində müvəqqəti təminat tədbirlərinin məqsədləri təsbit olunub. Həmin maddəyə əsasən, müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir [2].

DOI: 10.30546/2218-9130. 02.352.2024.21

Məqaləni tam oxumaq üçün faylı endirin. 

Leave A Reply

Registration

Forgotten Password?