AZƏRBAYCAN VƏ ALMANİYA MÜLKİ PROSESİNDƏ MÜVƏQQƏTİ TƏMİNAT TƏDBİRLƏRİNİN TƏTBİQİ BARƏDƏ QƏRAR VƏ ONUN İCRASI

Məmmədova Xəyalə Əli qızı,

Bakı Dövlət Universitetinin Mülki proses və kommersiya hüququ kafedrasının əyani doktorantı 

E-mail: [email protected]

 

Fiziki və hüquqi şəxslərin pozulmuş və ya mübahisəli hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi təkcə maraqlı şəxsin pozulmuş və ya mübahisəli hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi üçün məhkəməyə müraciət etmək imkanını nəzərdə tutmur; həm də qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasın əhatə edir. Əks halda iddiaçının öz hüquqlarını qorumaq üçün müraciət etdiyi mülki işlər üzrə ədalət mühakiməsinin mahiyyəti təhrif edilir, hüquq, azadlıq və qanunla qorunan mənafelərin müdafiəsi məqsədinə nail olunmur. Ədalətin və tam məhkəmə müdafiəsinin təmin edilməməsi, məhkəmə hakimiyyətinin nüfuzuna mənfi təsir göstərir və hüquqi vasitələrin effektivliyinə şübhələr yaradır. Müvəqqəti təminat tədbiri institutu gələcək məhkəmə qərarının icrasını təmin etmək məqsədi daşıyır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – AR MPM) 157.2-ci maddəsi ilə müəyyən edilmişdir ki, müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Mahiyyət etibarilə müvəqqəti təminat tədbirlərinin məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsinə nail olmaq məqsədi daşıdığını göstərir.

Qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edir. Konstitusiya və beynəlxalq hüquq aktlarının tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli şəkildə bərpa olunmasını təmin etməlidir.

 

Daha ətraflı buradan oxuyun:

Leave A Reply

Registration

Forgotten Password?