Qəfərli Mirtərlan Midhəd oğlu,
Bakı Dövlət Universiteti Hüquq fakültəsi “Transmilli cinayət hüququ” ixtisası üzrə magistrantı
E-mail: [email protected]
Müasir beynəlxalq cinayət hüququnda “beynəlxalq cinayətlər”, “beynəlxalq xarakterli cinayət” anlayışları metodoloji əhəmiyyət kəsb edən fundamental anlayışlar sırasına aid edilir. Müəlliflər arasında bu anlayışlara tərif verilməsi, onların sistemi, təsnifatı, xarakterik cəhətləri ətrafında vahid fikir yoxdur. Beynəlxalq cinayət geniş bir kateqoriyadır və beynəlxalq hüquq pozuntularının xüsusi bir növünü (formasını) təşkil edir. Ümumiyyətlə, bu cinayətlər beynəlxalq birlik və sülhə qarşı törədilmiş cinayətləri əhatə edir. Bununla yanaşı, beynəlxalq xarakterli cinayətlər daha spesifik bir kateqoriyadır və ümumilikdə dövlətlərin maraqlarına qarşı törədilmiş cinayətləri ifadə edir. Bu cinayətlər transmilli xarakterli olur və dövlətlərin hüquq mühafizə orqanları tərəfindən mübarizə onlara qarşı mübarizə aparılır. Beynəlxalq cinayət və beynəlxalq xarakterli cinayətlər arasındakı fərqlərə əsasən, beynəlxalq cinayətlər geniş bir spektri əhatə edir və başlıca olaraq insanlığa qarşı törədilmiş ciddi cinayətləri ifadə edir. Beynəlxalq xarakterli cinayətlər üçün xarakterik əlamətlər ümumi şəkildə aşağıdakı kimi ifadə oluna bilər. Hüquq ədəbiyyatında R.K.Məmmədov Beynəlxalq xarakterli cinayətlərə belə anlayış verir ki, bu cinayətlər “beynəlxalq sazişlərdə (konvensiyalarda) nəzərdə tutulan, sülh və bəşəriyyətin təhlükəsizliyi əleyhinə cinayətlərə aid olmayan, lakin dövlətlər arasında normal münasibətlərə qəsd edən, dinc əməkdaşlığa ziyan vuran və həmin sazişlərə müvafiq surətdə milli cinayət hüququnun normalarına əsasən cəzalandırılan əməllərdir” [1, s. 147]. Müəllif bu cinayətlərin sisteminə aşağıdakıları aid edir:
Daha ətraflı buradan oxuyun: