AZƏRBAYCAN RESPUBLİKASININ ALİ MƏHKƏMƏSİ: MƏHKƏMƏ SİSTEMİNDƏ YERİ VƏ ROLU

Süleymanlı Nərgiz Natiq qızı,
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasının
“Dövlət və hüquq nəzəriyyəsi və tarixi” ixtisaslaşması üzrə 2-ci kurs magistrantı
E-mail: [email protected]

 

Ali Məhkəmə Azərbaycan Respublikasında ədalət mühakiməsini həyata keçirən sonuncu instansiya məhkəməsidir. Azərbaycan Respublikasının Konstitusiyasının (bundan sonra – Konstitusiya) VII fəsli məhkəmə hakimiyyətinin ilkin konstitusion tənzimləməsini nəzərdə tutur. Belə ki, Konstitusiyanın 125-ci maddəsinin I hissəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. Adıçəkilən maddənin II hissəsinə müvafiq olaraq məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikasının apellyasiya məhkəmələri, Azərbaycan Respublikasının ümumi məhkəmələri və digər ixtisaslaşdırılmış məhkəmələri həyata keçirirlər [1].
Məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə həyata keçirən Azərbaycan Respublikasının Ali Məhkəməsi (bundan sonra – Ali Məhkəmə) Konstitusiyanın 131-ci maddəsinə əsasən ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icraatına aid edilən mülki, cinayət və digər işlər üzrə ali məhkəmə orqanıdır. O, kassasiya qaydasında ədalət mühakiməsini həyata keçirir, həmçinin məhkəmələrin praktikasına aid məsələlər üzrə izahatlar verir. Ali Məhkəmənin hakimlərini Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikasının Milli Məclisi təyin edir. Ali Məhkəmənin qərarları dərc edilməlidir [1].

DOI: 10.30546/2218-9130. 02.352.2024.29

Məqaləni tam oxumaq üçün faylı endirin. 

Leave A Reply

Registration

Forgotten Password?