AİLƏ BAŞÇISINI İTİRMƏYƏ GÖRƏ ƏMƏK PENSİYASININ HÜQUQİ TƏNZİMİNİN BƏZİ MƏSƏLƏLƏRİ

Əliyev Mayis Nəbi oğlu,

Bakı Dövlət Universitetinin Əmək və ekologiya hüququ kafedrasının professoru,

hüquq üzrə elmlər doktoru

E-mail: [email protected]

(050)3208193

Əliyeva Fəridə Məhəmmədəli qızı,

Bakı Dövlət Universitetinin Əmək və ekologiya hüququ kafedrasının müəllimi

E-mail: [email protected]

(055)6321952

Sosial təminat sisteminin əsasını təşkil edən pensiya təminatı hüquq ədəbiyyatında haqlı olaraq  sosial təminat hüququnun “nüvəsi” adlandırırlar. Pensiyaların növləri sırasında ailə başçısının itirilməsinə görə pensiyalar xüsusi əhəmiyyətə malikdir. Ailə başçısını itirməyə görə əmək pensiyasının təqdim edilməsi əsası ilk növbədə Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikasının 12 noyabr 1995-ci il Konstitusiyasının 38-ci maddəsinin üçüncü hissəsində hər kəsin ailə başçısını itirdiyi halda sosial təminat almaq hüququ təsbit edilmişdir [1].

Ailə başçısını itirməyə görə pensiyalar sığortaolunanlar sırasından ailə başçısının vəfat etməsi ilə əlaqədar təyin olunur. Bu isə sosial təminat sistemində ailənin sosial müdafiəsi istiqamətində görülən ən böyük tədbir sayılır [2, s. 358]. Pensiya təminatının bu növünün əsas məqsədi sığortaolunanın ölümündən sonra sağ qalan həyat yoldaşının, övladının və valideynlərinin dolanışığını təmin etməkdir. Belə bir mülahizə də mövcuddur ki, ailə başçısını itirməyə görə pensiya, sığortaolunanın özünün deyil, onun ölümü ilə əlaqədar ailə üzvlərinin sosial müdafiəsini təmin edən pensiya növüdür. Eyni zamanda, sığortaolunan vəfat etdikdə faydalananların dairəsi cəmiyyətin ailə anlayışını necə müəyyənləşdirməsi məsələsi ilə sıx əlaqəlidir. Pensiya hüququ olan ailə üzvlərinin sayının çox olması sosial təminatla əhatə olunan şəxslərin dairəsinin genişlənməsinə səbəb olur.

 

Daha ətraflı buradan oxuyun:

Leave A Reply

Registration

Forgotten Password?