Cahangirli Səbinə Bəgəmir qızı,
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin “İnformasiya hüququ” ixtisası üzrə
2-ci kurs magistrantı
E-mail: [email protected]
Şəbəkə neytrallığı dedikdə giriş üçün istifadə edilən cihazdan, tətbiqdən, vebsaytdan və əldə edilən məzmundan asılı olmayaraq, hər kəs üçün əlçatan, açıq və bərabər şəkildə internetə giriş imkanı nəzərdə tutulur [10]. Şəbəkə neytrallığının tərəfdarları hesab edirlər ki, bütün korporasiyalar və internet xidmət təminatçıları internet istifadəçilərinə bərabər yanaşmalıdırlar. Bərabər yanaşma dedikdə internet istifadəçilərinin girişinə məhdudiyyətlərin qoyulmaması, internetə giriş sürətinin azaldılmaması, həmçinin internetdə mövcud olan məzmunların istifadəçilər üçün bloklanmaması nəzərdə tutulur [8].
Şəbəkə neytrallığı anlayışını daha aydın şəkildə anlamaq üçün açıq və qapalı internet anlayışlarını da gözdən keçirmək labüddür. Belə ki, açıq internet dedikdə şəbəkə üzərindən iki tərəfin bir-biri ilə olan əlaqəsinin hər hansı üçüncü tərəfin müdaxiləsi olmadan həyata keçirilməsi başa düşülür. Hər hansı bir vebsayta daxil olarkən bizimlə server arasında olan birbaşa əlaqə özü də açıq internetə ən yaxşı nümunədir və açıq internet anlayışı bu əlaqəyə hər hansı üçüncü şəxsin müdaxiləsini qəbul etmir [9].
DOI 10.30546/2218-9130. 01.351.2024.160